“Onun milyardlarına tamah salmış bəzi simasız müxalifət liderləri var ki...” - Ramiz Mehdiyevə DƏSTƏK VERİLƏCƏKMİ?

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin perspektivdə müxalifətə üz tutub onların dəstəyini qazanması ehtimalı mediada müzakirə olunan məsələlərdəndir. ALDP sədri Fuad Əliyev “Yeni Müsavat”ın ötən sayında bu mövzuda olduqca maraqlı açıqlama verib. Fuad Əliyev bildirib ki, vaxtilə himayə etdiyi müxalifət partiyalar Ramiz Mehdiyevi partiyanın lideri, hətta prezidentliyə vahid namizəd elan edə bilər.
Bəs, bu barədə digər müxalif partiyalar nə düşünürlər? Ramiz Mehdiyevə müxalifətin qucaq açması ehtimalı varmı?
AMİP sədri Arzuxan Əlizadə bildirdi ki, müxalifət camiəsi yekcins deyil və bu səbəbdən mövcud siyasi partiyaların istənilən məsələyə fərqli yanaşmasının mümkünlüyü də təbiidir. Ona görə ümumilikdə müxalifət adından nəsə danışmaq düzgün olmazdı: “Lakin təəssüf ki, yaxın keçmişimizdə buna bənzər halların şahidi olmuşuq. Belə ki, bəzi müxalifət partiyaları, hətta bir neçə müxalifət partiyasının təmsil olunduğu birliklər tərəfindən adları korrupsiya və rüşvətdə hallanan ayrı-ayrı şəxslərin dəstəklənməsinin, həmin adamların hüquqlarını müdafiə komitələrinin yaradılmasının, hətta başqa dövlətə bağlı şəxsin müxalifətin özünü ”milli" elan edən bəlli bir çevrəsi tərəfindən vahid namizəd olaraq dəstəkləməsinin də şahidi olmuşuq. Əlbəttə ki, bu kimi hallar ölkədə demokratik dəyərlərin bərqərar olunması uğrunda mübarizəni özünün əsas vəzifəsi hesab edən, neqativ hallara qarşı mübarizə apardığını bəyan edən siyasi təşkilatların məram və məqsədləri ilə köklü ziddiyyət təşkil edir və zamanında tərəfimizdən ciddi surətdə qınanılıb.
AMİP müxalifət partiyası olmaqla yanaşı, hər zaman dövlət və milli maraqları bütün məsələlərin fövqündə görür, ona görə biz o zaman da belə şəxslərə dəstək verilməsinin əleyhinə olmuşuq, indi də mövqeyimiz dəyişməz olaraq qalır. Bu gün də tam qətiyyətlə bəyan edirik ki, dövlət maraqlarımıza xidmət etməyən, ölkədə demokratik dəyərlərin sıradan çıxarılmasında “xidmətləri” olan, adları korrupsiya və rüşvətə bulaşmış heç bir kəs kimliyindən asılı olmayaraq və heç bir şərt müqabilində tərəfimizdən dəstəklənə bilməz".
AĞ Partiyanın sədri Tural Abbaslı qeyd etdi ki, digər müxalif partiyalarının əvəzinə cavab vermək istəmir, ancaq rəhbəri olduğu partiyanın adından danışa bilər: “AĞ Partiyanın mövqeyi isə ondan ibarətdir ki, iqtidarda vəzifədə olarkən müxtəlif cinayətlər törətmiş, xalqım var-dövlətini talamış, korrupsiyaya bulaşmış heç bir eks məmura qucaq açmayıblar və bundan sonra da açmayacaq. Ümumiyyətlə, düşünürəm ki, müxalifət düşərgəsində başlamış eks məmurlara qucaq açmaq kimi ziyanlı tendensiyaya son qoyulmalıdır. Müxalifət düşərgəsi komandadan ”vurulmuş", korrupsioner, cani məmurlar üçün reabilitə mərkəzi rolunu oynamamalıdır. Eyni zamanda belə keçmişi ləkəli eks məmurların müxalif düşərgəyə gələrək rəhbərlikdə təmsil olunması bu düşərgədə illərini xərclənmiş fədakar müxalifətçilərin haqlarını tapdamaqdır. Odur ki, digər müxalifət partiyalarına da məsləhətim odur ki, belə məsələlərdə daha diqqətli olsunlar. Həmçinin belə addımlar müxalifəti xalqın nəzərində də zəif duruma salır. İctimai qınağa səbəb olur. Həmçinin unutmaq lazım deyil ki, belə eks məmurların niyyətləri heç də vətən, millət, xalq olmur. Onların bir çoxu xalqdan taladıqlarını rahat yemək üçün belə addımlar atır. Belələrinə nəinki müxalifət, heç normal insanlar arasında yer olmamalıdır. Bunların bir yeri var, o da həbsxana".
Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu isə bildirdi ki, müxalifətdə olan bir sıra “liderlər” şəxsi, kommersiya maraqlarından çıxış edərək zaman-zaman bu tip şəxslərə qucaq açıblar. Bu dəfə də gözləniləndir: “Bizim mövqeyimiz belədir ki, korrupsiyaya bulaşmış və demokratiyaya düşmən olmuş keçmiş məmurların müxalifətdə özünə yer tapması qınanmalıdır. Birmənalı formada onlara qucaq açanlar qınanılasıdır. Hesab edirəm ki, heç bir halda Ramiz Mehdiyev və onun timsalında xalqına düşmən mövqedə dayanan şəxsləri müxalifət heç bir halda qəbul etməməli və yaxın buraxmamalıdır. Ramiz Mehdiyev bütün şüurlu həyatını insan haqlarının kobud formada pozulmasına, demokratik qüvvələrin təqib və təzyiq altında saxlanmasına, təqsirsiz insanların həbsə atılmasına, seçkilərin total saxtalaşdırılmasına həsr etmiş şəxs olub. Belə bir mənfi reputasiyalı personanın müxalifət düşərgəsinə buraxılması olduqca təhlükəli və məntiqsiz addım olardı. Bu, Azərbaycan müxalifətinin illərdir ortaya qoyduğu prinsiplərin üzərindən xətt çəkməsi olar. Hesab edirəm ki, Ramiz Mehdiyev kimi adamın yeri müxalifət düşərgəsi yox, həbsxana olmalıdır. Doğrudur, onun xalqdan oğurladığı milyardlara tamah salmış və illərdir gözə görünmədən ona xidmət edən bəzi simasız müxalifət liderləri var. Amma inanmıram ki, kimlərsə risk edib belə bir açıq gedişdə olsun”.
“Yeni Müsavat”
Tarix: 15-09-2020, 09:37
-
Bu gün, 10:52
Bakının Avtobus İşgəncəsi: Kağız Üzərində İşləyən AYNA!
-
Bu gün, 09:57
“Kəpəz Hospital”ın ambulansı xəstə yox, sənəd daşıyırmış...
-
Bu gün, 09:39
Teymur Musayevin səhiyyəsi çöküb: Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu ilə birlikdə... - FAKT BUDUR!
-
Bu gün, 09:31
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO
-
Bu gün, 09:20
“Mingəçevirdə Namiq Tanrıverdiyevin rəhbərlik etdiyi idarədən narazılıq: Vətəndaş analıq məzuniyyəti ödənişini ala bilmir”.
-
Dünən, 22:35
"Bu bədbəxt insanlar hara şikayət etsin?" - İşçilər SOCAR prezidentinə SUAL EDİR...
-
Dünən, 22:13
Macarıstanda deputat maaşı azaldıldı – Azərbaycanda da mümkündür?
-
Dünən, 21:58
Anar Bayramov öz adamlarını TƏBİB-ə yığır - Daha bir dostuna vəzifə verdi
-
Dünən, 21:47
TƏBİB-də rəhbərlər dəyişir, sistem olduğu kimi qalır - Raminlə, Vüqarla, Anarın nə fərqi?...
-
Dünən, 21:44
Baş Gömrük İdarəsində əməliyyat - Saxlanılanlar var
-
Dünən, 21:22
SOCAR ərazisində tikinti aparan Rövşən kimdir? VİDEO
-
Dünən, 21:15
Məktəblilərin intellektual yarışı: "HedaCore JR Çempionatı – Yaz mövsümü 2026" uğurla başa çatdı! -FOTO
-
Dünən, 21:10
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı "AZNEKTARİN" MMC-nin intensiv meyvə bağları və müasir suvarma infrastrukturu ilə tanış olub
-
Dünən, 21:04
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin memorandum şousu... - nəticəsiz "uğur" təqdim edilir (FOTOLAR)
-
Dünən, 21:01
Azərbaycanda hansı rayonda nə qədər qazi var? - SİYAHI
-
Dünən, 20:57
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Xoruzlu kəndində "PATRON" MMC-yə məxsus günəbaxan tumlarının emalı müəssisəsi ilə tanış olub
-
Dünən, 20:55
“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verilib
-
Dünən, 08:00
Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir? - İTTİHAM VAR...
-
Dünən, 07:58
TƏBİB-in İcraçı direktorunun müavinlərindən biri Araz Nəsirov da getdi ...
-
Dünən, 07:34
Naxçıvan Hava Limanının vəzifəli şəxslərinə cinayət işi açılıb
-
10-06-2026, 23:22
ADY yerdə əlavə vaqon qoşur, qiymətlərsə “göylə gedir”
-
10-06-2026, 23:18
Rayon rəhbəri Bəyimsarov kəndində Birinci dərəcəli “Əmək” ordenli Fazil Vəliyevin pambıq tarlalarına baxış keçirib
-
10-06-2026, 23:11
“Xalqı dövlətə qarşı qaldırır” - Sahib Məmmədovdan Prezidentə ŞİKAYƏT
-
10-06-2026, 23:08
İcra başçısı şəhid atası Kamil İsmayılovu 60 illik yubileyi münasibəti ilə təbrik edib
-
10-06-2026, 23:04
Faizsiz kredit, yoxsa yeni borclanma? - Məcnun Məmmədovun planı nədir?
-
10-06-2026, 23:01
İcra başçılarının PULU kəsilir: Nazirdən ANONS - GƏLİŞMƏ
-
10-06-2026, 22:57
Məhkəmə Qərarını Saymayan Mil-Muğan Regional Təhsil İdarəsi Kimin Maraqlarını Qoruyur? – İmişlidə Direktor Özbaşınalığı və regional rəhbərliyin "Haqq" Məntiqi!
-
10-06-2026, 13:37
“Dünyagöz”ün baş həkiminə cinayət işi açıldı
-
10-06-2026, 13:33
AYNA üçün vacib olanı qazancdır...
-
10-06-2026, 13:01
İcra başçısı şəhid anası Pərvanə Əhmədovanı 55 illik yubileyi münasibəti ilə təbrik edib