Tanınmış telejurnalist Turan İbrahimov sosial mediada maraqlı bir statusla çıxış edib. O, Rusiyada fəaliyyət göstərən soydaşımız, tanınmış vəkil Elman Paşayev barəsində aşağıdakıları yazıb:
"Bilirsinizmi xarici KİV-lərdə, xüsusilə də Rusiya KİV və ictimai-siyasi sferasında üzdə olan, sözünü deyən soydaşımız niyə yoxdur? Çünki biz özümüz-özümüzün bir nömrəli düşməniyik. Hazırda vəkil Elman Paşayev Rusiyada gündəmdədir. Məhz bir azərbaycanlı! Erməni, gürcü, yəhudi yox, məhz bir azərbaycanlı bu qədər tanınır, nüfuz qazanırsa, deməli, onu şərlə, böhtanla qaralayıb susdurmaq lazımdır. Bu, məhz ermənilərin və bizi istəməyənlərin əsas motividir. Bunun üçün də ən alçaq yollara əl atırlar. Onları başa düşmək çətin deyil! Bəs bizim yerli KİV-lərə nə olub? Siz niyə canfəşanlıq edirsiniz? Niyə yerli auditoriyanın böyük qismi üçün maraqlı olmayan Yefremov işi çərçivəsində soydaşımız Paşayevə qarşı ermənipərəst rus jurnalistlərin yazdığı yalan-böhtan, dezo materialları sevincək yayırsınız? Bəli, məhz buna görə də biz heç yerdə öndə ola bilmirik. Məhz özümüzünkülər hər zaman bizi arxadan vurublar. Heç vaxt dəstək olmayıblar. Kişiliyiniz, adamlığınız olsun. Elman Paşayevə dəstək ola bilmirsinizsə, heç olmazsa, o şərəfsiz dezinformasiyaları yaymayın!!!"
Tarix: 14-09-2020, 12:36