Son vaxtlar şəhidlərimizin fotoşəkillərini avtomobillərinin şüşələrinə vuraraq şəhər küçələrində şütüyən sürücülərə tez-tez rast gəlirik. Bu hal vətəndaşların şəhidlərimizə hörməti kimi qəbul edilsə də, bəzi sürücülər qanundan sui-istifadə məqsədi ilə bunu edir.
Vəziyyəti dəyərləndirən sosioloq Zəminə Səfərova “Sherg.az”a deyib ki, şəhidlərimizin foto şəkillərinin avtomobillərin şüşələrinə vurulmasında qeydi - adi heç nə yoxdur. Bununla belə sosioloq şəhid fotolarının şəxsi avtomobillərlə yanaşı ictimai nəqliyyatlara vurulmasını daha məqsədəuyğun hesab edir:
"Vətən uğrunda həlak olan şəhidlərin xatirəsinin əbədiləşdirmək üçün onların şəkillərinin şəxsi avtomobillərə vurulması hər bir insanın şəxsi fikridir. Lakin burada yenə də avtomobil sürücüsünün məsuliyyəti və həmin şəhidə hörməti olmalıdır. Əgər hansısa sürücü şəhidlərimizin şəkilindən sui - istifadə edib qayda pozuntusuna yol verirsə, bu, əlbəttə, həm şəhidə hörmətsizlikdir, həm də qaydalara düzgün əməl etməməsidir. Belə hal ikiqat məsuliyyətsizlik hesab olunur.
Qanun hamı üçündür. Yol - hərəkəti qaydalarını pozan istənilən sürücü DYB əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb olunmalıdır.
Şəhidlərimizə sayğı-hörmət başqa məsələdir, qanunlara qaydalara hörmət başqa".
Tarix: 12-09-2020, 20:27