"Karqo" Şamili Mehdiyevə bağladılar... - Ona görə bu gün meydan sulayır?

"Karqo" Şamili Mehdiyevə bağladılar...
Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy qalmaqalı, müzakirələr günlərdir davam etməkdədir. Yayılan videogörüntülərdə olan rəsmi şəxslərdən tutumuş, ailə üzvlərinə qədər hər kəs cərimələndi, sabiq deputat və onun qudası 15 günlük həbs edildi, bu cəzadan YAP-ın rəsmi şəxsləri belə qurtula bilmədi.
Lakin hələ də, qaydaları pozaraq məlum toya qatılan, videogörüntülərə düşməyən şəxslərin kimliyi ilə bağlı cəmiyyətdə və mediada maraqlı məlumatlar səslənidilir.
Əslində diqqət etsək Ramiz Mühdiyevin nəvəsinin toyu ətrafında, bu zaman baş verən cəzalar, tənqidlər, diğər müzakirələr toy etmək istəyən məmurlara, diğər sadə vətəndaşlara bir görk oldu.
Yenə də maraqlıdır, bu toyda daha kimlər iştirak edib və dövlətin qoyduğu qanunları, qaydaları kobud şəkildə kimlər pozub və cəzasız qalıb? Çünki cəzasızlıq pis tendensiyadır.
Bu günlərdə mətbuatda Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən, cəzasız qalan, hətta gizləndiyi deyilən daha bir şəxsin – “Karqo Şamil” kimi tanınan Şamil Heydərovun adı çəkildi.
Əlbətdə, “Karqo Şamil” ilə Ramiz Mehdiyevin dostluğu barədə dəfələrlə müxtəlif məlumatlar yayılıb. Təbii ki, onlar dost olmasaydı Şamil Heydərov “Karqo Şamil” də ola bilməzdi. Daha dəqiq desək, Mehdiyev başqa halda ona bu qədər milyonları tək qazanmağa yaşıl işıq yandırmazdı.
Məlumata görə, “Karqo Şamil” də Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edib. Azərbaycan Texniki Universiteti Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının müəllimi, “Karqo Şamil” kimi tanınan iş adamı, milyarder Şamil Heydərov toya qatılıb və olduqca bahalı hədiyyə təqdim edib. Bəzilər bu hədiyyənin hansısa adada bağ evi, bəzilər isə bahalı avtomobil olduğunu deyirlər.
“Karqo Şamil” bu addımı ilə həm də Ramiz Mehdiyevin yanında olduğunu ortaya qoyub, mövqey sərgiləyib. Başqa cür ola da bilməz. Şəriklər bir-birinə hansı gündə gərəkdir.
Bu arada “Karqo Şamil” kimdir sualı ortaya çıxır.
Məlumata görə, “Karqo Şamil” ilə Ramiz Mehdiyev nəinki dost, həm də şərikdirlər. Ölkənin gömrük sistemində Ramiz Mehdiyev dəstəyi ilə uzun illər böyük şəbəkə yarada bilən “Karqo Şamil” yükdaşımaların “Allahı” sayılır. Onun sahibi olduğu çoxsaylı şirkətləri uzun illərdir gömrükdən heç bir problem yaradılmadan, daha tez və hətta bəyənnaməsiz keçib və bu gün də keçməkdədir. Gömrük sisteminin uzun illər iflic edilməsi, bütün sahələrin monopoliyada saxlanması prosessi məhz sözügedən şəxslərin, Ramiz Mehdiyev – “Karqo Şamil” və bu komandaya daxil olan digərlərinin (?) nəzarəti altında saxlanılıb.
Mətbuatda adı çəkildiyi zaman hədələr, təzyiqləri işə salan “Karqo Şamil” bu günə qədər onlarla mətbuat nümayəndələrini ya məhkəməyə verib, ya da müxtəlif yollarla susdurub. Təbii ki, bu işdə ona Ramiz Mehdiyev, daha doğrusu, birincinin tam dəstəyini almış sabiq şöbə müdiri Əli Həsənov dəstəyinin verildiyi şübhəsizdir.
Ramiz Mehdiyev – “Karqo Şamil” çütlüyünün şərikliyi gömrük, yükdaşıma ilə bitmir. Bakı şəhərində ən bahalı, ən hündür binaların bu şəxslərin nəzarətində olduğu barədə kifayət qədər məlumatlar var. Böyük tikinti biznesinə malik bu şəriklərin ölkəyə gətirdiyi tikinti avadanlıqlarının bəyənnaməsiz olaraq gömrükdən keçməsi də heç kimə sirr olmayıb. Yükdaşıma şirkətləri – Çin, Türkiyə və diğər ölkələrdən keyfiyyətsiz məhsulları, tikinti avadanlıqlarını, üzlüklər, çardaq örtükləri və sairələri ölkəmizə gətirərək bina tikitintiləri ilə məşğul olublar. Bu binaların gələcək taleyi hələ də sual altındadır.
Şamil Heydərovun və oğlu Kamal Heydərovun təsisçisi olduğu MMC-lər, Bakının Binəqədi şossesi, məşhur “Zəngəzur” restoranı yaxınlığında “Technoline-k” MMC adlı şüşə və plasmas istehsalı zavodu və həmin ərazidə hektarlarla torpaq sahəsi… “Sədərək” ticarət mərkəzinin yaxınlığındakı tikdirdiyi binalar… Bu faktlar da tək-tək ciddi araşdırılmalıdır.
Daha bir maraqlı fakt isə “Karqo Şamil”in ölkə xaricində saysız biznesinin olmasıdır ki, burada şəriki Ramiz Mehdiyevin adı da unudulmamalıdır. Bakıdakı böyük tikinti biznesinin bir üçü Avropaya, Çinə qədər uzanıb.
Diqqət edin: “Karqo Şamil”- Ramiz Mehdiyevin nəzarətində olan şirkətləri bir hissəsinin adları. Yəqin ki, bu şirkətlər artıq fəaliyyət göstərmir. Çünki, bu adamlar bir şirkəti 3 ay işlədiblər. Ona görə 3 ay ki, vergidən yayına bilsinlər. Bu gün “Karqo Şamil”in şirkətlərinin şahibi olan “bkoker”lərin kimliyini və onların vergiyə nə qədər borcunun olduğunu araşdırsaq ortaya kifayət qədər faktlar və rəqəmlər çıxmış olar.
Prosess təxminən belə aparılıb. “Karqo Şamil” broker kimi işə götürdüyü şəxslərin adına şirkətlər yaradıb. Milyon dəyəri olan mallar da bu şirkətlərin adına göndərilib. Hesab izə ümumi sistemdə Şamilin özü tərəfindən aparılıb. Sabiq vergilər naziri Fazil Məmmədovun zamanında vergilər paket şəklində aldığı üçün buna fikir verilməyib. Yeni vergilər naziri Mikayıl Cabbarov isə bu borcları üzə çıxarıb və tələb edib. Bəlli olub ki, Bəlli olub ki, Şamil Heydərovun adamları tərəfindən işə götürülmüş adi brokerlərin adına olan şirkətlərin 100 min manatlarla vergiyə borcu var. Belə brokerlər arasında intihar edənlərin olması barədə məlumatlar movcuddur. Bu brokerlər hələ də adlarına yazılmış vergini ödəyə bilmirlər.
Siyahı: “Xəzri-2018” MMC, “Mirstar” MMC, “Odlar Yurdu-2018” MMC (Direktor Heydərov Kənan Rəhim oğlu, təsisçisi Heydərov Şamil Hilal oğlu), “Teyyub-2007” MMC (Təsisçisi və direktoru Əkbərov Xəyyam Teyyub oğlu), “Texnologi” MMC (Direktoru Həsənov Hüseyn Cəmşid oğlu, təsisçisi Heydərov Kamal Şamil oğlu) MMC-lərin adları nədənsə 3 aydan bir dəyişdirilib.
Ramiz Mehdiyev çətiri altında uzun illər fəaliyyət göstərən, milyardları ölkədən çıxaran, böyük biznes şəbəkəsinin sahibinə çevirilənlər bu gün dövlətə nəinki toy etməklə qanunları kobudşəkildə pozur, hətta sabah siyasi iddiadalarda olacaqlarını açıq şəkildə hiss etdirirlər. Azərbaycan dövlətinin pullarını xarici ölkələrə çıxararaq böyük biznes quran, dəstək alan bu şəxslərin araşdırılması üçün tam şərait yaranıb. Aidiyyatı qurumlar bu şəxslər barədə təcili araşdırma aparmalıdır və onların fəaliyyəti yoxlanmalıdır.
Daha bir məlumata görə, əməllərinin üzə çıxacağından narahat olan Ramiz Mehdiyevin şəriki “Karqo Şamil” kimi tanınan Şamil Heydərov ölkədən qaçmağa hazırlaşır. Bu məlumatların dəqiqliyi ilə yoxlanması aidiyyatı qurumların səlahiyyətindədir. Milyardlara sahib birisinin, özü də Ramiz Mehdiyevin şərikinin ölkədən əlini-qolunu sallayaraq getməsinə, yaxud qaçmasına imkan vermək olmaz.
Qanun qarşısında hər kəs cavab verməlidir və dövlətə ziyan vuran şəxslər cəzalandırılmalıdır. Artıq Azərbaycanda aparılan islahatlar bunu labüd edib.
aktualxeber.az
Tarix: 12-09-2020, 09:31
Xəbəri paylaş



Xəbər lenti