Hüseynqulu Bağırov açıqlama yaydı: - “Məhkəməyə müraciət ediləcək”

“Bu gün bəzi internet informasiya vasitələrində keçmiş Ekologiya və Təbii Sərvətlər Naziri Hüseynqulu Bağırovun adından istifadə etməklə süni şəkildə oxucu kütləsi yığmaq və “şok effekti” yaratmaq məqsədi ilə başlığı ilə məzmunu arasında heç bir əlaqəsi olmayan əsassız məlumatlar yayılıb”.
“Yeni Sabah” xəbər verir ki, bu açılqlama ilə keçmiş nazir Hüseynqulu Bağırovun hüquqi təmsilçisi Anar Rzayev çıxış edib. O, bildirib ki,
Bakı Ağır Cinayətlər Məhkəməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mənimsəmədə təqsirləndirilən keçmiş əməkdaşları – Nazirliyin Hidrometeorologiya Departamentinin direktoru olmuş Əkbər Həsənov, həmin departamentin baş mühasibi İlqar Hacıyev və departamentin digər əməkdaşları – Orxan Qasımov, Tural Hacızadə və Təbriz Əliyevin cinayət işi üzrə bu gün keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərdən İlqar Hacıyev dövlətə vurduğu ziyanı ödədəyini və bunu təsdiq edən sübutları məhkəməyə təqdim etdiyi halda bəzi kütləvi informasiya vasitələri bunu öz yazılarının başlığında keçmiş nazir dövlətə vurduğu ziyanı ödədi olaraq göstərib, beləliklə də mətnin məzmunu ilə başlığı arasında yerlə göy qədər fərq olan bir yazı ortaya çıxıb:
“Kütləvi informasiya vasitələrində yayılan məlumatların həqiqəti əks etdirmədiyini, deyilənlərin qarayaxma və şər-böhtan olduğunu ictimaiyyətin nəzərinə çatdırmaqla bildirmək istəyirik ki, keçmiş nazirin vəzifədən azad edildiyi tarixdən (2018-ci ilin aprel ayı) sonra (2018-ci ilin avqust, sentyabr, oktyabr və noyabr ayları) törədilmiş cinayət əməllərinə görə özünü məsuliyyətdən kənarda qoymağa çalışan və bu məqsədlə də Hüseynqulu Bağırovu ağır cinayətlərdə ittiham edən, bu günki gündə dövlətə vurduğu ziyanı ödəyən İlqar Hacıyev barəsində H.Bağırov tərəfindən 07 sentyabr 2020-ci il tarixində xüsusi ittiham qaydasında şikayətlə Nəsimi rayon Məhkəməsinə müraciət edilmişdir.
İş üzrə təqsirləndirilən İ.Hacıyev isə dövlətə vurduğu ziyanı məhz sabiq nazir H.Bağırov tərəfindən onun barəsində xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edildikdən sonra ödəmişdir. Belə olduğu təqdirdə, həqiqətləri təhrif etməklə, məqalənin məzmunu ilə başlığını əlaqələndirə bilməyən jurnalistlərə sual olunur: əgər dövlətə vurulmuş ziyan sabiq nazir tərəfindən ödənilirdisə o halda niyə sabiq nazir onu hansısa cinayətlərdə ittiham edən İ.Hacıyevi xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə vermişdir?! Barəsində böhtan dolu ittihamlar irəli sürülmüş sabiq nazir bu ittihamları səsləndirən İ.Hacıyevin barəsində xüsusi ittiham qaydasında cinayət işinin açılmasına dair şikayətlə məhkəməyə müraciət etdikdən sonra həmin şəxsin dövlətə vurduğu ziyanı ödəməsi hansı məntiqə sığır?!
Bir daha kütləvi informasiya vasitələrinin diqqətinə çatdırırıq ki, bundan sonra oxucu kütləsi yığmaq məqsədi ilə əsassız şəkildə məqalənin başlığında keçmiş nazir H.Bağırovun adını hallandırmaqla xal qazanmağa çalışan internet informasiya vasitələri barəsində müvafiq tələblə aidiyyəti məhkəməyə müraciət ediləcəkdir”.
Tarix: 11-09-2020, 20:53
-
Bu gün, 18:11
David Seliverstov-Kazım Abbasovu deputatla NƏ bağlayıb? - DETALLAR, AÇIQ SUALLAR
-
Bu gün, 18:05
AAYDA Suraxanı sakinlərinə nə yol çəkir, nə ümid verir (FOTO)
-
Bu gün, 16:12
Türkiyə-İsrail müharibəsi başlasa, Azərbaycan nə edəcək? – Bütün detallar bəlli oldu
-
Bu gün, 16:11
Yardımlı meşələrində fəlakət: 11 saylı Rİ təbiəti biznes mənbəyinə çevirib? Ramik Əşrəfov bu şəkillər köhnə deyil.. FOTO
-
Bu gün, 16:03
38 saxta diplom aşkarlandı... - Tibb və səhiyyə ixtisasları üzrə
-
Bu gün, 16:01
ADY-nin biznes sinfində qalmaqallı meyvə şirələri təqdim edən "PFM Catering" kimindir? – Külli miqdarda vergi borcu üzə çıxdı
-
Bu gün, 15:59
Apteklərdə eyni dərman fərqli qiymətə satılır? - VİDEO
-
Bu gün, 11:40
Mediaya ən qapalı deputatlar – SİYAHI
-
Bu gün, 11:34
Görəsən, ADY sədri Rövşən Rüstəmov bu idarəçiliyə, belə bərbad sistemə rəhbərlik etdiyinə görə xəcalət çəkirmi?
-
Bu gün, 10:15
Bərdədə ailəmi aclığa məhkum ediblər- Baş Nazirə MÜRACİƏT
-
Bu gün, 09:44
Qubada tikinti özbaşınalığı: “A ƏND J Holdinq” dövlət qurumlarının qərarlarına məhəl qoymur – REPORTAJ
-
Bu gün, 09:32
Süni intellekt dünyanın ən güclü kəşfiyyat xidmətlərini sıraladı - SİYAHI
-
Bu gün, 09:27
Peşə Təhsili üzrə Dövlət Agentliyində nələr baş verir?
-
Dünən, 18:48
LAQEYDLİK, NİFRƏT... - “Cəmiyyətdə ciddi narazılıq mövcuddur, lakin...”
-
Dünən, 18:24
İcra başçısı vətəndaş qəbuluna süpürgəçiləri yığdırdı -Özündən AÇIQLAMA - FOTO
-
Dünən, 18:14
Abşeron Xəstəxanasında acınacaqlı vəziyyət –Yemək iyi bürüyən otaqlarda xəstə qəbul edilir
-
Dünən, 18:09
”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR - İnsan ölümü, gizli kreditlər və özbaşınalıq!
-
Dünən, 16:09
Azərbaycan əhalisinin cəmi 4,6 faizi 70 yaş həddini keçir – Pensiya sistemi və real statistika
-
Dünən, 15:58
Tərtərin hərbi komissarı işdən çıxarıldı
-
Dünən, 12:05
“Veysəloğlu MMC”nin “Dost Əllər” layihəsi çərçivəsində neyromüxtəlifliyi olan gənclər üçün masterklass keçirilib
-
Dünən, 11:27
Jurnalistin əməkhaqqı kartı bloklandı - "Bank Respublika" tənqid edildi
-
Dünən, 11:13
Gizli səs yazısı yayıldığı iddia olunan həkimdən MÜRACİƏT - "Həqiqət ekspertiza, sübut və hüquqla müəyyən olunur!"
-
Dünən, 09:20
Göyçayda məktəb binası acınacaqlı durumda – VİDEO
-
Dünən, 08:54
Nərimanov Tibb Mərkəzində bina narazılığı: TƏBİB həkimlərə cavab verdi
-
4-08-2026, 22:56
Mingəçevir Mərkəzi Xəstəxanası: isti koridorlar, soyuq islahatlar
-
4-08-2026, 22:29
Eşqi Bağırovun çətiri altında yeni HOQQABAZLIQLAR..
-
4-08-2026, 14:46
“10 ildir avtomobildən istifadə etmirəm” dedi, bahalı avtomobilləri yenidən gündəm oldu – Fotolar
-
4-08-2026, 14:44
MÜBAHİSƏLİ QƏRARIN PƏRDƏARXASI... – Deputat bir, ekspert başqa fikirdədir
-
4-08-2026, 14:37
Deputatla jurnalistin məhkəmə mübarizəsi: Qələbə ilə başa çatan iki proses – REPORTAJ
-
4-08-2026, 14:07
Mingəçevir icra başçısı şəhərə nəzarət edə bilmir - Vətəndaşlar şikayətçidir