“Rayonlara gediş-gəliş açılmalıdır”-Tanınmış həkimdən ÇAĞIRIŞ


“Rayonlara gediş-gəliş açılmalıdır”-Tanınmış həkimdən ÇAĞIRIŞ

Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə davam edir. Ölkədə karantin rejimi tətbiq edilib. Lakin avqust ayından etibarən karantin tədbirlərinin yumşaldılacağı ehtimal edilir. Tanınmış həkim Aydın Əliyev də hesab edir ki, karantin tədbirlərinin yumşaldılmasına ehtiyac var.
Cebhe. info xəbər verir ki, bu barədə A.Əliyev özünün “Facebook” səhifəsində yazıb.
“Avqust ayının 1-dən etibarən bütün açıq tipli istirahət mərkəzləri, dəniz, rayonlara gediş-gəliş, istirahət mərkəzləri antiepidemik qaydaları qorumaq şərtilə açılmalıdır! Millət bu il yay görmədi! Əgər bu vəziyyətdə payıza-qışa girsək çox faciəvi bir ssenari yaşaya bilərik! İnsanların mütləq şəkildə dənizə, açıq tipli istirahət mərkəzlərinə getməsi təmin edilməlidir! Dəniz, təbiət, rayonlarımızdakı gözəl gözəl istirahət mərkəzləri insanları daha sağlamlaşdıracaq, immuniteti gücləndirəcək və xəstəliklərə qarşı orqanizmi daha dözümlü edəcək”-deyə, Aydın Əliyev bildirib.
Tarix: 26-07-2020, 11:51
Xəbəri paylaş



Xəbər lenti