Fazil Mustafa “Təyinatlı deputat” ifadəsinə etiraz etdi...




Milli Məclisin deputatı Fazil Mustafa Fərqli Vətəndaş Hərəkatı və “Vətəndaş” İctimai Birliyinin sədri Günel Səfərovanın onun barəsində “təyinatlı deputat” ifadəsini səsləndirməsinə etiraz edib.
 
Pravda.az-ın xəbərinə görə, F.Mustafa bildirib ki, seçicilər müvafiq qurumlara müraciət ünvanlayacaqlar.
 
“Çətin dövrdə yaşayırıq. Ailə dəyəri olmayanlar ailə dəyərindən, əxlaqı olmayanlar əxlaqdan dəm vuranda əcaib bir durum alınır. İndi də təyinatı hamıya bəlli olan bir fərqli düşüncə sahibi olduğunu iddia edən və Dağlıq Qarabağ ermənilərini təhqir etməmək barədə çağırışlar edən bir qadın şəxsimizə yönəlik "təyinatlı deputat" ifadəsini işlədir və dövlət orqanlarına müraciət etdiyini bildirir. Seçicilərimiz də yazaraq bildirirlər ki, bu qadına gerçək təyinatını izah etmək üçün müvafiq qurumlara müraciət etmək niyyətindədirlər. Açığı seçicilərin bu addımına mane olmağı düşünmürəm və öz səs verib seçdikləri deputata qarşı edilən tərbiyəsizliyə cavab vermə haqları olduğunu qəbul edirəm” – F.Mustafa vurğulayıb.
Tarix: 26 İyul 2020, 08:00   
Tarix: 26-07-2020, 09:02
Xəbəri paylaş



Xəbər lenti