“Diqqət edirsinizmi? Hadisələr eynən 88-ci il ssenarisi ilə davam edir. Əvvəlcə "mitinqə-mitinq", sonrasa "qana-qan", "harda gördün erməni, vur başına gülləni" və.s. İndi ssenariyə görə ermənilərin "2-ci Sumqayıt", yəni 10-15 erməninin öldürülüb, bunun çəkilərək bütün dünyaya nümayiş olunması ərəfəsindəyik. Bunun ardınca isə növbəti "20 yanvar", yəni ölkəyə sülhmərəmlı adı ilə əcnəbi qoşunların yeridilməsi gələcək. Durun, qardaşlar, durun!”.
Pravda.az-ın xəbərinə görə, bunu sabiq deputat Etibar Hüseynov deyib.
“Başımıza gəlib axı, başmaqçı olmayaq bu ərəfədə. Bəli, mən də "bəs onda nə etməli?" sualı qarşısında acizəm. Amma "qana -qan" yolunun düzgün olmadığına tam əminəm. Burada çıxış yolu soyuq başla tapılıb çözülməlidir. "Qana-qan" davası isə məsələni hər iki tərəfin soyuq başla həll etmək şansından daha da uzaqlaşdırır” – E.Hüseynov qeyd edib.
Tarix: 25-07-2020, 09:05