" Baktelecom və Aztelekom , mənafeinizi güdüb özlüyünüzdə monopoliya yaratmısınız ətraf ərazilərdə. " - ŞİKAYƏT

        


" Baktelecom və Aztelekom , mənafeinizi güdüb özlüyünüzdə monopoliya yaratmısınız ətraf ərazilərdə. İ" - ŞİKAYƏT
Teref.az xəbər verir ki, Eşən Məmmədov adlı vətəndaş Baktelecom və Aztelekomdan şikayətçidir. Elşən Məmmədov onarın yartımaz işini tənqid edir.
Elşən Məmmədovun şikayətini təqdim edirik:

"Salam. Şikayətim səriştəsiz provayderlərdəndir. Düşünün, 3.5 Mb yola salır Baktelekom, 0.8 MB gəlib çıxır evə. Yolda hara gedir sürət, nə təhər olur 4 dəfə azalır sürət, pişiyin əli ətə çatmır deyə kabeldən internetmi oğrayır, mənə çox maraqlıdır. Üstəlik də 40 pinglə gəlir... 40 ping bilirsiniz nə deməkdir? Yəni hər hansısa bir onlayn oyunda mənim etdiyim həmlə rəqibə gedib çatınca rəqib artıq çay içib dincəlir çəmənlikdə. Hələ jitter 135'dir. Tam bilmirəm heç jitter nə deməkdir, yəqin ki, çoxdursa, o da bir problemdir)
çoxdursa, o da bir problemdir)
Baktelecom və Aztelekom , mənafeinizi güdüb özlüyünüzdə monopoliya yaratmısınız ətraf ərazilərdə. İmkan vermirsiniz digər provayderlər fiber optik sistemlə təchiz eləsinlər hər yeri. Heç olmasa kabelləri dəyişin, xətləri yeniləyin. Adicə biraz külək əssin, internet demək olar olmur. Ayda 15 AZN ona görə ödəyirəm ki, əsəb keçirdib düşüm nevropotoloq əlinə?) Neyləyim yəni, prinsipə düşüb, qapı-qapı gəzib imza toplayıb sizi məhkəməyə verim, məhkəmə də sizdən pul alıb sizin lehinizə qərar çıxartsın, mən də bu dəfə düşüm psixoloq əlinə?"
Qarşı trəfin mövqeyini işıqlandırmağa hazırıq!
Tarix: 24-07-2020, 10:17
Xəbəri paylaş



Xəbər lenti