Milli Məclisin keçmiş deputatı, hazırda Gəncə avtomobil zavodunun direktoru Xanlar Fətiyev 2010-cu il seçkilərində parlamentə seçiləndən bir il əvvəl, 2009-cu ilin mayında təsisçisi olduğu "AZNUR" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin təsisçilik hüququnu həyat yoldaşı Fətiyeva Səbinə Səfər qızının adına keçirib.Pravda.az-ın xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.
"Keçmiş deputatın tərcümeyi-halında isə onun 2003-2004-cü illərdə həmin şirkətin təsisçisi olduğu qeyd olunur. Saxtakarlığın səbəbi Xanlar Fətiyevin 2004-cü ildə Gəncə avtomobil zavoduna direktor təyin olunması ilə bağlıdır. Guya dövlət şirkətinə təyin olunduğu üçün sahibkarlıq fəaliyyətinə son qoyub. Xanlar Fətiyevin deputat kimi fəaliyyət göstərdiyi dövrdə həyat yoldaşının adına olan şirkət Almaniya, Avstraliya, Rusiya, Belorusiya, Gürcüstan da daxil olmaqla dünyanın dörd bucağında peyda olub. Fətiyevlərin biznesi əsasən avtomobillərin icarəsi, supermarketlər şəbəkəsi, reklam sahəsini əhatə edir" - C.Həsənli qeyd edib.
Fotoları təqdim edirik
Tarix: 23-07-2020, 12:23