“Rəis Qobustan həbsxanası ilə hədələyir” - ŞİKAYƏT

“Zəng vuranda dedi ki, məni burda incidirlər, döyürlər, “kars”a salırlar, hətta ölümlə hədələyirlər. Məndən xahiş etdi ki, aidiyyəti üzrə qurumlara, ölkə başçısına müracirət edim, bəlkə bununla da ona qarşı olunan işgəncə dayana... Ondan sonra təxminən iki həftə ərzində oğlumdan xəbər tuta bilmədik. Sonradan bildik ki, onu döyüb, “kars”a salıblar”. DİA.AZ bildirir ki, bunu Astaranın Pəlikəs kənd sakini Talıb Əhmədov deyir.
Talıb Əhmədovun oğlu, 27 yaşlı İbrahim Əhmədov Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsindədir. Ata deyir, oğlunun həyatı üçün narahatdır: “Narahatlıq üçün səbəblərimiz var”.
İbrahim Əhmədov narkotik və digər ittihamlarla 15 il 6 ay müddətinə azadlıdan məhrum edilib, 6 ildir ki, cəza çəkir. Ata deyir, narahatlıqları üçün səbəblər var: “İki həftədən çox oğlumla telefonla danışa bilmədim, cəzaçəkmə müəssisəsinin qarşısına gedirdim, deyirdilər, oğlun “kars”a salınıb, maraqlanırdım, deyirdilər, “kars”da deyil, tibb məntəqəsindədir, ordan maraqlanırdım, deyirdilər, burda yoxdur. Ailəlikcə oğlumdan narahat idik. Nəhayət, bir neçə gün əvvəl oğlumla əlaqə yarada bildik. Dedi ki, həyatı təhlükədədir. Məsələ bundan ibarətdir ki, İbrahim onu narkotik işinə calayan, onu tora salıb həbsinə səbəbkar olmuş Taleh adlı şəxslə eyni cəzaçəkmə müəssisəsində saxlanılır. O adam da tez-tez oğlumu hədələyir, incidir. Mən əvvəldən də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə dəfələrlə müraciət etmişdim ki, onları eyni cəzaçəkmə müəssisəsində saxlamasınlar. Təəssüf ki, 6 ildir ərizələrimə, teleqramlarıma baxan yoxdur və oğlum həmin şəxslə eyni cəzaçəkmə müəssisəsində cəza çəkir, sanki bunu qəsdən belə düzüb-qoşublar. Oğlum həmin adamın üzündən dəfələrlə “kars”a salınıb, incidilib. Qəfil zənglər kəsiləndə isə narahat olmağa başlayırıq. Ailəylə əlaqəsi heç vaxt belə uzun müddətli itməmişdi deyə, sonuncu dəfə daha çox narahat olduq. Əslində İbrahimin həyatına həbsxanaya girdiyi ilk gündən təhlükə var, çünki istintaqa hər şeyi açıb düzünü danışmışdı, onu bu yola çəkənlərin adlarını açıqlamışdı. Ancaq bir ata kimi bu təhlükə ilə bağlı illərdir ora-bura yazdığımdan oğlum orda sağ qala bilib. Ancaq cəzaçəkmə müəssisəsində həmin şəxsin müəssisə rəhbərliyi ilə yaxın olması oğluma qarşı davranışa da təsirini göstərir”.
Ata deyir, iki həftə əvvəl oğlu hədələndiyini, döyüldüyünü deyəndən sonra Penitersiar Xidmətin Baş İdarəsinə zəng edib, şikayətini bildirib. Ancaq nəticəsi olmayıb: “İyulun 14-də isə oğlum nəhayət, zəng vurdu, dedi, ata, mənə kömək et, qonşu barakdan bir stəkan çay içdiyimi bəhanə edərək nəzarətçilər şərlədilər. Əvvəlcə rəis müavini Elnur Hüseynovun, sonra rəis Çingiz Yunisovun yanına apardılar. On günlük “kars”la cəzalandırdılar. Zorla izahat yazdırmaq istəyirdilər ki, guya nəzarətçiləri söymüşəm. Döyülsəm də, istədikləri izahatı yazmadım. Dedi, nə olar, ata, mənə kömək et, yalvarıram. Dedi, ata, əgər məndən bir neçə gün ərzində zəng gəlməsə, bilin ki, yenə “kars”a salıblar. Oğlum onu da dedi ki, rəis məni hədələyir, deyir, əgər ailən məndən şikayət etsə, səni Qobustan həbsxanasına göndərəcəm”.
Ata ölkə başçısından kömək istəyir. O, Prezident İlham Əliyevə yazdığı müraciətdə ailə durumu barədə də qeyd edib: “... 12 övladım var. Həyat yoldaşım dünyasını dəyişəndə övladlarım azyaşlı idi, onlara həm ana, həm ata olmuşam. Oğlum İbrahimi tora salıb gənc həyatını məhv etdilər, övladım həbsxana divarları arasında xəstə canıyla çəkişir. Onun həyatını məhv edən birisi ilə eyni cəzaçəkmə müəssisəsində saxlanması isə bunu edən məmurların növbəti faciələrə qəsdən yol açmaqları deməkdir. Məktubumu oxuyan kimi övladımın işgəncələrdən xilas olması üçün əlinizdən gələni edəcəyinizə, ya oğlumun, ya da onu hədəfə almış digər məhkumun cəzaçəkmə yerinin dəyişdirilməsi üçün tapşırıq verəcəyinizə inanıram”.
Tarix: 23-07-2020, 10:16
-
Dünən, 18:48
LAQEYDLİK, NİFRƏT... - “Cəmiyyətdə ciddi narazılıq mövcuddur, lakin...”
-
Dünən, 18:24
İcra başçısı vətəndaş qəbuluna süpürgəçiləri yığdırdı -Özündən AÇIQLAMA - FOTO
-
Dünən, 18:14
Abşeron Xəstəxanasında acınacaqlı vəziyyət –Yemək iyi bürüyən otaqlarda xəstə qəbul edilir
-
Dünən, 18:09
”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR - İnsan ölümü, gizli kreditlər və özbaşınalıq!
-
Dünən, 16:09
Azərbaycan əhalisinin cəmi 4,6 faizi 70 yaş həddini keçir – Pensiya sistemi və real statistika
-
Dünən, 15:58
Tərtərin hərbi komissarı işdən çıxarıldı
-
Dünən, 12:05
“Veysəloğlu MMC”nin “Dost Əllər” layihəsi çərçivəsində neyromüxtəlifliyi olan gənclər üçün masterklass keçirilib
-
Dünən, 11:27
Jurnalistin əməkhaqqı kartı bloklandı - "Bank Respublika" tənqid edildi
-
Dünən, 11:13
Gizli səs yazısı yayıldığı iddia olunan həkimdən MÜRACİƏT - "Həqiqət ekspertiza, sübut və hüquqla müəyyən olunur!"
-
Dünən, 09:20
Göyçayda məktəb binası acınacaqlı durumda – VİDEO
-
Dünən, 08:54
Nərimanov Tibb Mərkəzində bina narazılığı: TƏBİB həkimlərə cavab verdi
-
4-08-2026, 22:56
Mingəçevir Mərkəzi Xəstəxanası: isti koridorlar, soyuq islahatlar
-
4-08-2026, 22:29
Eşqi Bağırovun çətiri altında yeni HOQQABAZLIQLAR..
-
4-08-2026, 14:46
“10 ildir avtomobildən istifadə etmirəm” dedi, bahalı avtomobilləri yenidən gündəm oldu – Fotolar
-
4-08-2026, 14:44
MÜBAHİSƏLİ QƏRARIN PƏRDƏARXASI... – Deputat bir, ekspert başqa fikirdədir
-
4-08-2026, 14:37
Deputatla jurnalistin məhkəmə mübarizəsi: Qələbə ilə başa çatan iki proses – REPORTAJ
-
4-08-2026, 14:07
Mingəçevir icra başçısı şəhərə nəzarət edə bilmir - Vətəndaşlar şikayətçidir
-
4-08-2026, 14:02
Prezidentin Siyasətinə Zərbə Vuran Məmur: Sultanın Qanunsuzluq Şousuna Kim Dur Deyəcək?
-
4-08-2026, 11:03
“12 İL NATO BARƏDƏ NAĞILLAR EŞİTDİM...” - Zalujnıdan sensasiyalı açıqlamalar
-
4-08-2026, 10:58
"Dədə-baba qaydası ilə direktor təyinatı"!: FÖVQƏLMÜDİR QURBAN VERİLİR? -DE-FAKTO
-
4-08-2026, 10:08
Tuqay meşələri məhv olur: "Kürqırağı fermalar ləğv edilməlidir"
-
4-08-2026, 09:32
Peşə Təhsili Agentliyi ilə bağlı skandal: Şəxsi münasibətlərlə təyinat aparılıb? - İDDİA
-
4-08-2026, 09:27
Tanınmış aktyor ADY-dan narazı qaldı: “Yekə adamlarsız”
-
3-08-2026, 23:21
Səhiyyə Nazirliyi vakansiyalarla bağlı məlumat yaydı: İnanmayın!
-
3-08-2026, 22:46
Xaricdə pulsuz olan dövlət universitetləri Azərbaycanda niyə pulludur?
-
3-08-2026, 22:44
“Azərsun”un sığındığı professor, mənimsənilən kapital və... - “Daşlı Bulaq” suyundakı 20 min manatlıq şübhəli əməliyyat
-
3-08-2026, 22:42
İcra Hakimiyyəti “ərazi satılmayıb” dedi – Bəs gimnaziyanın stadionundakı köşklər niyə götürüldü?
-
3-08-2026, 22:39
Səhiyyə Nazirliyinin tabeliyindəki qurum “Avromed”ə 1.7 milyon ödəyəcək
-
3-08-2026, 22:36
QHT-lərə Dövlət Dəstəyi Agentliyində saxta imza niyə araşdırılmır? -Cavabsız suallar dolu sükut davam edir...
-
3-08-2026, 22:34
117 saylı bağçada "ölü canlar" şəbəkəsi -İDDİA/VİDEO