AXCP üzvü barədə həbs qərarı dəyişdi



Xətai Rayon Məhkəməsində xuliqanlıqda ittiham olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Səid Məmmədzadənin barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı müfafiə tərəfinin vəsatətinə baxılıb.
Vəkil Elçin Sadıqov “Report”a bildirib ki, hakim Lalə Rəhimli vəsatətin təmin edlməsi barədə qərar çıxarıb və S.Məmmədzadə 15 avqust 2020-ci il tarixədək ev dustaqlığına buraxılıb.
Qeyd edək ki, AXCP üzvü Səid Məmmədzadə mayın 16-da saxlanılıb.
O, Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunmaqla xuliqanlıq maddəsi ilə ittiham edilir.
Tarix: 20-07-2020, 21:59
Xəbəri paylaş



Xəbər lenti