Qənirə Paşayevanın döyüş gedən ərazidən fotosu müzakirələrə səbəb oldu – “Çox miskin görünürsünüz”




Milli Məclisin deputatı Qənirə Paşayevanın Tovuzda çəkdirdiyi şəkil müzakirələrə səbəb olub.
 
Pravda.az-ın xəbərinə görə, Q.Paşayevanın köməkçisi iddialara münasibət bildirib.
 
“Jurnalist Arifə xanımın çəkdiyi selfini normal çəkilmiş foto ilə fotoşop edib yayanlar, çox miskin görünürsünüz. Çünki normal insanlar fotoşop, “güzgü effekti” nə olduğunu anlayır. Qənirə xanım heç özü sizə cavab verməyə razı olmadı. Amma biz bunu özümüzə borc bildik. Bu arada neçə gündür Qənirə xanımın müalicəsi üçün dəstək olan bütün həkimlərimizə təşəkkür edirik” – qeyd olunub.
 
Qeyd: Q.Paşayeva Tovuzda qolundan xəsarət alıb. 
 Fotoları təqdim edirik




Tarix: 19-07-2020, 09:21
Xəbəri paylaş



Xəbər lenti