Bu ağlr günlərdə Aztelokom müştərilərin başına oyun açır - ŞİKAYƏT

       


Bu ağlr günlərdə Aztelokom müştərilərin başına oyun açır -  ŞİKAYƏT
Teref.az yazır ki, bu ağır günlərdə vətəndaşlarımızın dadına çatan yeganə ünsiyyət növü internetdir desək səhv etmərik. Lakin gəlin baxaq görək bizə internet xidməti göstərən provayderlər bunu başa düşərək, xalqın xidmətində dururlar ya xalqın düşdüyü bu ağır şəraitdən istifadə edərək onların başına minbir oyun gətirirlər? Aşağıda təqdim etdiyimiz şikayəti İlkin Feyzullah adında vətəndaş göndərib. Bu şikayəti əslində aşağı yuxarı bütün provayderlərə şamil etmək olar. Bu şikayətlərə cavab verməmk, cavab verəndə özndən başqa kimi istsəıniz günahkar etmək. Əlacsız müştəriyə xidmət göstərmək əvəzinə saatlar telefona yazıəlmış musiqiləri dinlətmək və ilaxırdan ibarət oolur.Amma bütün bunların müqabilində biz müştərilərdən pul tələb edirlər və pulunu 1 saat gecikdirən kimi internetin kəsilir. Beləliklə İlkin Feyzullah yazır:

"Aztelekom regionlarda digər provayderləri qovub rəqabətsiz və başqa seçim olmayan bir sistem qurduqdan sonra xidmət keyfiyyəti mənfiyə doğru irəliləməkdədir. NRYTN buna heçbir müdaxilə etmir. Yada edə bilmir. Zənglərə saatlarla cavab verilmir. Cavab verildikdə 50/50 hallarda kobud cavab alırıq. Günah rayon ATS-inin üstünə atılır. ATS-də Aztelekomun üstünə atır. "
Teref.az qeyd edir ki, şikayətçi daha sonra fikirini belə tamamlayır:
"Əyər xidmət verə bilməyəcəksizsə niyə bütün ölkənin internet çıxışını iflic edirsiniz? Onsuzda yazmaqla birşey dəyişmir. Nə etsən də heçnə dəyişən deyil. Ümumi xətt zədələnir zəng edirsən deyir Nazirlik bizə xətt vermir. Versin gəlib dəyişərik. Üstündən bir neçə gün keçir gəlib başqa yerdən çıxarılmış köhnə xəttlə əvəzləyib gedirlər. Karantin müddətində insanlar evdədir və baş qatmağa heçbir çıxış yolu qoymursunuz. Ən azından üzr istəsələr, zəngə cavab verib üzrxahlıq etsələr. Onuda etmirlər."
Teref.az nəinki Aztelokom-un, bütün provayderlərin fiirlərini dinləməyə və səhifələrində dərc etməyə hazırdır!
Teref.az
Tarix: 18-07-2020, 10:18
Xəbəri paylaş



Xəbər lenti