2014 - cü ildə Kəlbəcərdə ata-babasının məzarını ziyarət etmək üçün gedərkən ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov tərəfindən Moderator.az-a aşağıdakı məzmunda məktub daxil olub. Məktub müəllifi fikirlərinin olduğu kimi sayta yerləşdirilməsini xahiş edib:
"Əvvəla, üzr istəyirəm, Azərbaycan ordusu Tovuz istiqamətində düşmən texribatının qarşısını alarken 2 şehid vermiş ve 5 yaralımız var. Şehidlerimize Allahdan rehmet, yaralılara can sağlığı arzu edirem.
Keçim esas meseleye, bu Süleyman Süleymanlı kimdir bilmirem, ancaq az önce sosial şebekede onun videosunu izledim, onun sözlerinden bele çıxır ki, guya Cavid müəllim Dilqem ve Sahbazın azadlığa çıxması üçün bu günədək heç ne etmeyib.
Süleymen Süleymanlı, men Dilqem Esgerovun oğluyam, adım Kürdoğludur, sene demek isteyirem ki her zaman Cavid müəllim atam Dilqem Esgerovun azadlığa çıxması üçün elinden geleni edib, bunun bariz nümunesini xatırladım, 2017 - ci ilde men nece getdim Polşaya ATƏT-in illik zirve toplantısında atamın haqq sesini dünyaya çatdırdım? Əlbəttə ki, Cavid müəllimin dəstəyi ile. Men Cavid Qurbanovla fexr edirem, bir Kelbecerli kimi, çünki ne zaman istəmişem şexsen meni qəbuluna çağırıb atamın hazırki durumu ile maraqlanıb əlinden gələn kömekliyi əsirgəməyəcəyinə söz verib. Mən Cavid müəllimin Dilqemin azadlığa çıxması üçün gördüyü işleri burda yazmaq istəmirem, onu men bilirem, texminən 7 ay bundan qabaq şexsen Cavid Mellim özü meni çağırtdırmışdı qebuluna, texminən 1 saata qeder Dilqem ve Sahbazdan söhbet eledik.
İndi men burda bir bir ad çekmeyecem ki, şəxsənn Cavid müəllim kimlerden Dilqemin azadlığa çıxması üçün xahiş edib.
Süleyman Süleymanlı, sene demek isteyirem ki, get işinlə meşğul ol, özüne reytinq qazanmaq üçün Dilqemlə Şahbazın adından istifade edib bilib - bilmədən kimisə sosial şebekede tehqir etme.
Onu da xüsusi vurğulamaq istəyirem ki, Cavid Qurbanov Kelbecerin deyerli oğlu olmaqla yanaşı hem de menim Sədrimdi!
Allah Cenab Pirezidentimizi ve Kelbecerin deyerli oğlu Cavid Qurbanovu qorusun!
Atam Dilqem Esgerovu ermeni girovluqundan azad ede bilecek tek bir insan var, o da Cenab Pirezidentimizdir. Əlbəttə ki, bu işde de Cavid müəllimin dəstək ve qayğısını her zaman görmüşük ve görürük.
Tarix: 12-07-2020, 21:03