Oliqarxa çevrilən Adil Vəliyevin topdağıtmaz sərvəti - SİYAHI


bitmap-img6

8 ildir Sabunçu rayon İcra Hakimiyyətinə başçılıq edən Adil Vəliyev özünə böyük biznes imperiyası qurub.

Rayonda aparılan genişmiqyaslı təmir-tikinti işlərinə ayrılan vəsaitlər, yolların yenidənqurulması üçün nəzərdə tutulam pullar, sahibkarlardan yığılan rüşvət, obyektlərdən alınan "haqq", “otkat”lardan toplanılan milyonlar hesabına günü-gündən varlanan icra başçısı artıq böyük bir oliqarxa çevirilib. 

Adil Vəliyevin bəlli olan var-dövlətinin siyahısını təqdim edirik:

Bu barədə sosial şəbəkələrdə siyahı yayılıb. Siyahıya görə:

▪️Sabunçuda 4 hektarlıq ərazidə mərmər sexi
▪️Sabunçu qəsəbəsində yerləşən plastik qapı-pəncərə sexi
▪️Bakıxanov qəsəbəsi, Mədəniyyət küç. “Şəhrizad” Uşaq Bağçası
▪️Sabunçu, Aydınbəyov küç. 19 ünvanda yerləşən 3 saylı uşaq bağçası
▪️Nərimanov rayonu, E. Qocayev küç. ev 17 ünvanında mənzil
▪️Xəzər rayonu, B. Əliyev küç. Dön. 4, ev 34 ünvanında mənzil
▪️”Euro Style” LTD şirkəti və FASHION MMC
▪️Bakıdakı “Euro Style” adlı bütün bərbər salonları
▪️Nizami rayonu, B. Çobanzadə küç “Sarı gəlin” şadlıq sarayı
▪️Bakıxanov, Mehmandarov küç. 12 ünvanında “AQAT” şadlıq sarayı
▪️“Bakıxanov Rezidens” yaşayış kompleksi
▪️Binalara üzlüklər çəkən “AQAT” şirkəti
▪️O “Volkswagen”, “Porche”, “Audi”, “Seat” avtomobil markalarının ölkəmizdə rəsmi dileridir. Bu markaların satıldığı bütün mərkəzlər
3-4 milyonluq avtomobil kolleksiyası:
▪️”Posche Mansory 958 Cayenne”
▪️”Ferrari F 12 Berlinetta”
▪️Land Rover Range Rover
▪️2 ədəd göy və Qırmızı rəng Porsche 911

İcra başçısına aid avtomobil nömrələri: 10-AA-818, 10-YY-078, 10-FF-078, 10-AL-078, 10-AA-078, 99-CF-999 və 99-ON-999.

Bunlardan başqa icra başçısının ailə biznesinə rayonda bir neçə göydələn, ticarət obyektləri, fərdi yaşayış evləri və torpaq sahələri də daxildir.

Bu ilin aprel ayında 60 yaşını təmamlayan Adil Vəliyev haqqında illərdir mətbuatda neqativ yazılar dərc edilir. Müxtəlif qalmaqallarla gündəmə gələn icra başçısının yaxın vaxtlarda işdən çıxarılacağı haqda söz-söhbət gəzir. Məlumata görə, Adil Vəliyevin özü də Sabunçu rayonundan başqa bir rayona "transfer" olmaq istəyindədir. Çünki səbəb qalmaqallarla icra başçıları arasında "ulduz"a çevrilən Adil Vəliyev bir gün Prezidentin qəzəbinə tuş gələcəyindən qorxur. 

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Tarix: 12-07-2020, 20:33
Xəbəri paylaş



Xəbər lenti