Türk mafiya lideri haqqında maraqlı iddia: Onu AST Telman qoruyur?


Türk mafiya lideri haqqında maraqlı iddia: Onu AST Telman qoruyur?

Türkiyədə cinayət aləminin tanınmış siması olan Sedat Pekerin ölkədən qaçması ilə bağlı yayılan məlumatlarda diqqətçəkən bir iddia səslənir.
Cebhe.info xəbər verir ki, səslənən iddialarda Sedat Pekeri azərbaycanlı milyarder Telman İsmayılov (AST Telman) qoruyur.
İddia olunur ki, mafiya başçısı Sedat Peker Monteneqroya da məhz AST Telmanın yanına gedib. Sedat Peker özü ölkədən getməsi ilə bağlı videoaçıqlama yayaraq oxumaq üçün Türkiyədən getdiyini açıqlasa da, onun bağlı iddialar fərqlidir.
İddia olunur ki, o, bir müddət əvvəl həbsdən çıxan türk mafiyasının lideri hesab olunan Alaattin Çakıcı ilə üz-üzə gəlməmək üçün ölkədən qaçıb.
Tarix: 11-07-2020, 19:51
Xəbəri paylaş



Xəbər lenti