"O dərəcədə məyusam ki, Əli Kərimlinin və onun çevrəsinin hakimiyyət perspektivi olarsa, əlimdə silah ona qarşı savaşmağa hazıram. Bəlkə iqtidardakıların çoxu ona qarşı savaşmayacaqlar. Nə dərəcə zərərli, qorxunc, fəlakətli sima olduğunu məndən yaxşı bilən yoxdur". Pravda.az xəbər verir ki, bu sözləri “Yeni Müsavat” Media Qrupunun rəhbəri, tanınmış jurnalist Rauf Arifoğlu deyib.
R.Arifoğlu bildirib ki, ilk dəfə sosial şəbəkələrdə yalançı “virtual əsgərlər” – troll sistemi yaradan Əli Kərimli olub: “Onun tapşırığı ilə cəbhəçilər hər biri 10 saxta profil yaradıb. Profillərin də 9-u qadın adına açılırdı...”
Tarix: 11-07-2020, 08:10