Bir neçə gün öncə GundemXeber.Az xəbər portalının redaksiyasına Qaradağ rayonu, Müşviqabad qəsəbəsində yaşayan bir qrup şəxslər tərəfindən video-foto və diqqəti cəlb edən digər məlumatlar daxil olub.
Belə ki, daxil olan məlumatlarda bildirilir ki, sözügedən ərazidə bir neçə vəzifəli şəxs, məhz daşıdıqları vəzifələrindən sui-istifadə edirlər və qeyrirəsmi şəxslərlə əlbir olub, böyük bir cinayət xarakterli addımlarını atırlar. Təbii ki, qeyd olunan cinayət xarakterli addımların video və fotoları redaksiyamıza təqdim olunub. Redaksiyamıza bu yöndə məlumat daxil olduğu ilk gündən məsələnin obyektiv araşdırılmasına qərar verdik və müəyyən araşdırmalara da başladıq. İlk olaraq hadisənin baş verdiyi iki hektarlıq əraziyə baxış keçirdik və gördüyümüz mənzərə bizi çox təəccübləndirdi.
Təəccüblu hal odur ki, qeyd olunan əraziyə cavabdehlik daşıyan rəhbər şəxs, qeyri rəsmi şəxslərlə əlbir olub sözügedən ərazinin məhv ediblər. Məsələnin mahiyyəti çox ağırdır. Hətta bu kimi qanunsuzluqlara görə, mərhum prezident Heydər əliyev belə bir cinayətə əl qoyan şəxslərə qarşı da ciddi mesajını vermişdi. Mərhum Prezident qeyd etmişdi ki, "Hesab edin ki, o ağac kəsənlər mənim balalarımın başını kəsiblər"
P.S. Hörmətli oxucular! Çox yaxın günlərdə belə bir olay haqda həm sizləri, həm də aidiyyatı dövlət qurumlarını məlumatlandırmağa çalışacağıq.