Sabir Rüstəmxanlıdan İqbal Məmmədovla bağlı şok açıqlama: "Ona "oliqarx" deyirlər"




Millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı 78 saylı Lerik seçki dairəsindən deputat İqbal Məmmədovu və 72 saylı Yardımlı – Masallı seçki dairəsindən deputat Musa Qasımlını tənqid edib.
 
Sabir Rüstəmxanlı bildirib ki, mediada və sosial şəbəkələrdə sözügedən şəxslərlə bağlı tez-tez narazılıqlar gündəmə gəlir: "İnsanlar Lerikin deputatına "oliqarx" deyirlər. Bildiyim qədər İqbal Məmmədov Lerikə investisiya vəsaiti qoyub, müəyyən istirahət mərkəzləri tikilib. Ona görə də əhalinin bununla bağlı narazılıqları mövcuddur. Bu məsələ dəqiq araşdırılmadan konkret söz demək çətindir. Ancaq əsl millət vəkili bu şəkildə birbaşa biznes fəaliyyəti ilə məşğul olmamalıdır. Biznes fəaliyyəti deputatın işi deyil".
 
Sabir Rüstəmxanlı Yardımlının deputatı olan Musa Qasımlı ilə bağlı da iradını bildirib: "Bu gün Yardımlıya baxanda Lerik daha yaxşıdır. Çünki Yardımlıda vəziyyət Lerikdən də pisdir. Yardımlıda yardımların mənimsənilməsi ilə bağlı bu yaxınlarda fikir bildirmişdim, əhalinin şikayətlərini dilə gətirmişdim. Çox təəssüf ki, Yardımlının deputatı mənim bu fikirlərimi aqressiv qarşıladı. Amma onların bunu etməyə heç bir haqqı yoxdur. Onlar hələ Yardımlıdan deputat seçilməmişdi, amma mən Yardımlıya gedib-gəlirdim, oranın yolları və digər problemləri ilə maraqlanırdım. Həmin insanların bəzilərinin heç Yardımlıya aidiyyəti yoxdur, bu gün var, sabah yoxdurlar. Onların hamısı məndən sonra gəliblər. Ona görə də həmin deputatlar mənim çıxışlarıma təbii baxmalıdırlar".Demokrat.az
 
 
Tarix: 10-07-2020, 15:28
Xəbəri paylaş



Xəbər lenti