Oqtay Şirəliyevin malikanələri üzə çıxdı – “Özü Almaniyanın Erlangen şəhərində müalicə alır” - FOTO




“Yadınızdadırsa, mart ayında koronavirus testləri ilə əlaqədar Səhiyyə nazirliyinə 38 milyon manat vəsait ayrılmışdı. Dövlət büdcəsindən isə 2020-ci il üçün 2 milyard manatdan çox vəsait ayrılıb. Bəs siz azərbaycanlılar bunu öz həyatınızda hiss edirsinizmi? Yox, əlbəttə ki, çünki sizin adı olub, özü olmayan Səhiyyə naziriniz Oqtay Şirəliyev o vəsaitləri villalarına xərcləyib”.
 

Pravda.az-ın xəbərinə görə, bunu jurnalist Həbib Müntəzir deyib.
 
“500 kvadrat metrlik villa Şüvəlanda yerləşir. İçərisində kiçik hovuzu və buta ornamentli qazonu var, guya millidir. Səhiyyəni məhv edən Oqtayın Qubanın Qələdüz kəndində milyonluq malikanəsi olduğu da deyilir. Vitse prezident 15 illik nazir səhiyyəni o qədər çökdürüb ki, özü belə özünü Azərbaycan həkimlərinə etibar etmir, Almaniyanın Erlangen şəhərində müalicə alır...” – H.Müntəzir qeyd edib.
 Fotoları təqdim edirik



Tarix: 9-07-2020, 07:29
Xəbəri paylaş



Xəbər lenti