Cahangir Əsgərovun malikanəsi üzə çıxdı, 500-ə yaxın keçisi var - FOTO




“Pandemiya ilə əlaqədar AZAL-a 87 milyon dollar vəsait ayrılmışdı. AZAL isə aylardır vətəndaşları incidir, çarter reysləri ilə 2-3 qat baha qiymətinə biletləri camaata sırıyır, halbuki normal ölkələrdə dövlət özü vətəndaşlarını pulsuz vətəninə təxliyə edir, hətta Türkiyə də.
 
Bəli, Cahangir Əsgərov sizin pullarınızdan təşkil olunan dövlət büdcəsindən illərdir yardımlar alır, o vəsaitlər də Cahangirin ölkədəki villalarına, malikanələrinə, hotellərinə xərclənir”.
 
Pravda.az-ın xəbərinə görə, bunu jurnalist Həbib Müntəzir deyib.
 
“Nabranın ən səfalı, göz oxşayan yerində, Günəşli adlanan ərazidə AZAL sədri Cahangir Əsgərovun 30 hektarlıq ərazidə, meşənin içində iki malikanə və hoteli var. "River Inn Boutique" adlanan hotelin yanında özünə luks malikanə tikdirib, yanında da helikopter dayanacağı. Geniş bilyard salonu, SPA mərkəzi, boulinq, 100 nəfərlik kinozal, iri kitabxana, fitnes salonu, əyləncə mərkəzi, restoran və bardan ibarət olan ərazi milyon dollarla ölçülür. Ərazidə süni göl və kanal da var. Hotelin yaxınlığında 500-ə yaxın Hələb növünə məxsus keçilər saxlayır. Onlara xüsusi çobanlar nəzarət edir, içəridə tovuzquşudan tutmuş müxtəlif cür heyvanlar mövcuddur. Xadimə və xidmətçilərin, bağbanların da qaldıqları tikililər ərazinin tərkib hissəsidir”.
 Fotoları təqdim edirik



https://pravda.az/news/18270
Tarix: 6-07-2020, 22:40
Xəbəri paylaş



Xəbər lenti