Xəzər TV-nin əməkdaşı: "Bir qarın yemək üçün nə qədər adam toplaşır…"




"Koronadan çox məsuliyyətsizlik öldürür! Sadəcə son bir neçə günün olaylarına baxaq.
Sabirabaddan Şamaxıya bir avtobus dolu adam gəzməyə gəlir, heç birinin maskası yoxdur, az qala qucaq-qucağa oturublar. Şəmkirdə biri oğluna sünnət toyu edir, Bərdədə restoran sahibi camaatı yığıb qonaqlıq verir, Ağdaşda 50 nəfər yığışıb "muzikalnı" kafe açılışı edir, dünən gecə də Sovetskidəki məşhur Əfsanə kafesində 27 nəfər "yeyib-içən oğlan" tutulur. Ən dəhşətlisi, Səbail rayonunda koronavirusa görə evdə müalicə alan xəstə qaqaş dünən camaatın gur olduğu yerdə marketə nəysə almağa gəlib. Bu adam fiziki xəstədən çox beyin xəstəsidir. Yoluxmanın həddən çox artdığı günlərdə insanlar necə bu qədər məsuliyyətsiz ola bilir? Dünən neçə nəfərdən eşitmişəm, əsgər gedən dostları üçün məclislər düzəldiblər, 30-40 nəfər yığışıb bir yerə, qəlyan-filan. Dünyasını dəyişənlər üçün adi günlərdəki kimi ehsan məclisləri verənlər də çoxdur və ölənin yaxın adamlarından başqa bir qarın yemək üçün nə qədər adam toplaşır belə məclislərə. Yoluxmanın mənbəyi də məhz belə yerlərdir".


Pravda.az-ın xəbərinə görə, bunu Xəzər TV-nin əməkdaşı Yusif Kərimli deyib.

"Qəlyan demişkən, adamlar var ki, bağ evində dostları ilə yığışıb saatına 50 manat ödəməklə qəlyançı gətizdirir, sonra da tüstünü xortuldadıb historidə paylaşır, guya bu zordur, imkan cırır filan. Belə məsələlərdə bir-biri ilə "yarışan" cəmiyyətin digər ünsürləri də özünü bomba göstərmək üçün bu əməli təkrarlayır, sanki qəlyanın qadağan olunduğu dönəmdə qəhrəmanlıq etdiklərini sərgiləyirlər. Ən paradoks olan da budur ki, qaydaları vaxtaşırı pozan və buna görə öyünən adamlar bu gün Polis günü münasibətilə paylaşım edir, pandemiya ilə mübarizədə polislərimizə uğurlar arzulayırlar. Artistlikdən başqa bir şey deyil. Məsuliyyətli cəmiyyət, qanunçu vətəndaş polis üçün ən böyük təbrikdir" - Y.Kərimli qeyd edib.
Tarix: 2-07-2020, 22:06
Xəbəri paylaş



Xəbər lenti