Xüsusi karantinin tətbiq olunduğu bu günlərdə Yasamal rayonunda eyvana çıxaraq, Azərbaycan polisinin şəninə mahnı oxuyan, daha sonra onlara çiçək atan “qonşular" sosial şəbəkə istifadəçiləri tərəfindən geniş müzakirələrə yol açıb. Əksəriyyət onların jestini ucuz şou adlandıraraq, bunu təşkil edənləri qınayıb.Yenisabah.az xəbər verir ki, eyvanlarda oxuyanlar arasında olan muğam müsabiqəsi laureatı Nigar Rəhimova onları fotolarına görə təhqir edənlərə sərt cavab verib.
Sosial şəbəkədə canlı yayım açan sənətçi onları təhqir edənləri tərbiyəsiz adlandırıb:
"Mən bilməzdim ki, biz bu vəziyyətə düşərik. Kim ki, bizi təhqir edir, qara yaxırsa Allah onun bəlasını versin. Siz ondan da pis vəziyyətə düşəcəksiz, görəcəksiniz. Tərbiyə valideyndən gəlir, övlad da o tərbiyənin yiyəsi olur. Vətəndaş öz səviyyəsini göstərməlidir ki, dövlət qulluqçuları da o səviyyəyə gəlib çatmasın. Mən dövlət qulluqçularımıza haqq qazandırıram. Vətəndaş özü bilməlidir ki, hansı səviyyədədir. Səviyyəsizi elə evindən çıxarıb tullamaq yaraşır. Bizim fotolarımızı paylaşıb təhqir edənlər müharibə olsa heç biri qabağa çıxıb getməyəcək. Sadəcə özünüzü reklam edirsiniz, sudan quruya çıxardırsınız. Sübut edin ki, tərbiyəsizlik etmişik! Polis xalqı incidir? Xalq bir özünə hörmət etsin. Şəxsən mən özümdən danışıram mənim nə haqqım çatır ki, polisin başına yuxarıdan nəsə atım? Dövlətimizə qarşı çıxanlar, siz hər biriniz cəzalandırılacaqsınız".
Həmin görüntüləri təqdim edirik:
Tarix: 25-06-2020, 21:32