“Mən koronavirusa yoluxmamışam, ümumiyyətlə bununla bağlı test belə verməmişəm”
Bu sözləri Yeniavaz.com saytına açıqlasında Mingəçevir şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədov deyib.
O bildirib ki, səhhətində narahatçılıq hiss etdiyinə görə, 4 gündür ki, işə çıxmır: “Koronavirusa yoluxmamışam pnevmoniya olmuşam, hazırda evdə qonaqlarım var onlarla məşğulam”.
Qeyd edək ki, APA informasiya agentliyi Mingəçevir şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədovun koronavirusa yoluxması ilə bağlı xəbər yayıb.
Tarix: 25-06-2020, 14:08