“Hakimiyyət xalqa, müdir işçiyə, ata oğula, ana qıza, ər arvada güzəştə getməlidir”



“Bu və gələn həftənin hər kəs üçün çətin olacağı şübhəsizdir. Hazırda durumu pisləşdirən yalnız pandemiya və epidomolji problemlər deyil. Ölkədə mövcud sosial-iqtisadi çətinliklər, gələcəyə inamsızlıq, hakimiyyətə etimadsızlıq da əlavə çətinliklər yaradır
 
Pravda.az-ın xəbərinə görə, bunu iqtisadçı Qubad İbadoğlu deyib.
 
“Görünən odur ki, ailədə də, işdə də, cəmiyyətdə də, hakimyyətdə də qəzəb və nifrət hakimdir. Ailədə övladlarla valideylər, ərlə arvad, işdə işçi ilə müdir, cəmiyyətdə insanlar, hakimiyyətdə qruplar arasında qəzəb və nifrət artan gərginliyi daha şiddətləndirir. Hər yerdə həmrəyliyə ehtiyac vardır. Amma heç kəs güzəştə getmək istəmir. Mənə elə gəlir ki, hakimiyyət xalqa, müdir işçiyə, ata oğula, ana qıza, ər arvada güzəştə getməlidir yaranmış gərinlikdən az itki ilə çıxa bilək. Ən böyük sual odur ki, artan gərginlik nə ilə nəticələnəcək?” – Q.İbadoğlu qeyd edib.
Tarix: 23-06-2020, 09:51
Xəbəri paylaş



Xəbər lenti