“Bu şəxslər niyə Bakıdan buraxılmır?” - ETİRAZ


“Bu şəxslər niyə Bakıdan buraxılmır?” - ETİRAZ

“Həm rayonda, həm də Bakıda şəxsi mənzili olanları paytaxtdan buraxmamaq yanlış qərardı. Bəlkə sərtləşdirilmiş karantin sentyabradək uzanacaq?”
Cebhe.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Rövşən Ağayev deyib.
O bildirib ki, ölkənin coğrafi baxımdan təxminən 5%-ni təşkil edən Abşeron yarımadası əhalinin az qala 40%-ni saxlayır. İmkan vermək lazımdır bir az boşalsın:
“Xüsusən tələbə-şagird övladları olan insanların imtahanlar bitdikdən sonra ən azı 2 aylıq tətili əyalətlərində keçirmələrinə şərait yaratmaq lazımdır. Hətta lazımdırsa, bunun üçün də elektron qeydiyyat sistemi qurulsun, Bakını tərk edən insanlar elektron icazə aldığı gündən ən azı 30 gün müddətində geri qayıtmayacağına razı olmaq şərtilə elektron portalda qeydiyyata düşübsə, niyə Bakıdan buraxılmasınlar?”
Tarix: 22-06-2020, 20:14
Xəbəri paylaş



Xəbər lenti