Bu gün tanımış siyasi fəal, bloqçu Bəxtiyar Hacıyev Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafanın şikayəti əsasında Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıb."AzPolitika.info" sosial şəbəkələrdə bu haqda yayılan informasiyalara istinadən xəbər verir ki, B. Hacıyev səhər saat 11:00-dən BŞBPİ istintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində dindirilir. Onu idarəyə baş müstəntiq Elçin Qurbanov çağırıb.
Xatırladaq ki, sosial şəbəkələrdə Fazil Mustafa və Bəxtiyar Hacıyev arasında qarşılıqlı təhqirlərlə müşayət olunan kəskin mübahisə yaranıb. Siyasi fəal deputat haqqında ölçü götürülməsi üçün parlament və ölkə rəhbərliyinə açıq müraciətlər edib. F. Musatafa da öz növbəsində onun barəsində polisə şikayət edib.
Tarix: 22-06-2020, 16:56