Tanınmış yazıçı Elman Nəsirovu ələ saldı: “Cənab Prezident əmr edərsə, koronavirusa yoluxaram”


Tanınmış yazıçı Kəramət Böyükçöl deputat Elman Nəsirovu ələ salıb.
 
Pravda.az-ın xəbərinə görə, K.Böyükçöl E.Nəsirovdan alınan açıqlamanın sosial şəbəkədə linkinin şərh bölməsinə belə yazıb: “Cənab prezident əmr eləsə, məmnuniyyətlə koronavirusa yoluxaram. (Elman Nəsirov)”.
 
Qeyd: Elman Nəsirov açıqlamasında deyib ki, bu gün o da də koronovirusa görə tibbi yoxlamadan keçib, nəticəsi hələ bəlli deyil: "İnşallah hər şey yaxşı olacaq. Nə qədər deyilənlərə çox əməl edilsə, bu xəstəlik də bir o qədər tez bitəcək"
 
E.Nəsirov sosial şəbəkələrdə ona koronovirusa yoluxmağı arzu edənlərə də cavab verib:
 
"Bunu arzu edənlər və yazanlar gec-tez Allahın qəzəbinə düçar olacaqlar. Həmin insanlar onsuz da bədbəxt günə düşüblər ki, bu cür mənasız fikirlər səsləndirirlər. Ümumiyyətlə, mən radikal müxalifətin nümayndələrinə belə koronovirusa yoluxmasını arzulamıram".
 
Siam.az 
Tarix: 21-06-2020, 21:39
Xəbəri paylaş



Xəbər lenti