Daha bir icra başçısının şirkətlərinin SİYAHISI



Avropanın 3 ölkəsində çoxsaylı şirkətlər sahibi olan Qubanın icra başçısı Ziyəddin Əliyevin Azərbaycanda da şirkəti var.
 
Pravda.az-ın xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat verib.
 
2016-cı ilin noyabrın 1-də qeydiyyatdan keçmiş "METAS-R" Məhdud Məsuliyyətli Cəmiyyəti icra başçısının oğlu RƏŞAD ƏLİBƏYLİnin adına rəsmiləşdirilib. Şirkət Ziyəddin Əliyevin və ailə üzvlərinin qeydiyyatda olduğu NİZAMİ RAYONU, ƏLAĞA KÜRÇAYLI, ev 7, m. 45-də hüquqi ünvan alıb.
 
Şirkətin fəaliyyət istiqaməti ilə bağlı məlumat yoxdur.
 
İcra başçısının Avropadakı şirkətləri Ukrayna, Çexiya və Avstriyanı əhatə edir. Ziyəddin Əliyevin biznesinə Ukraynanın Lvov vilayətinin Nikolayevsk şəhərində 7 milyon avroya başa gələn asfalt zavodu, tikinti-konstruksiya kombinatı və istehsal, ticarət, xidmət sahələrində fəaliyyət göstərən şirkətlər daxildir.
 
1. ALOV ASFALT ZAVODU (Ukrayna)
2. MİKOLAYEV-LVOV İNŞAAT ŞİRKƏTİ (Ukrayna)
3. "ALOV" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (Ukrayna)
4. "ALOV TİCARƏT EVİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (Ukrayna)
5. "ALOV-BUD" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (Ukrayna)
6. SMANBUD MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (Avstriya)
7. SMANBUD TOV (Ukrayna)
8. “Nikolayev-Lvov Tikinti Konstruksiya Kombinatı” Anonim Şirkəti (Ukrayna)
9. AZ SERVIS – NR s.r.o. (Çexiya).
10. "METAS-R" MMC (Azərbaycan).
 
Avropadakı şirkətlər özünün və digər oğlu Nicat Əlibəylinin adına rəsmiləşdirilib.
 Fotoları təqdim edirik



Tarix: 19-06-2020, 21:26
Xəbəri paylaş



Xəbər lenti