Yazıqlar olsun, istinaddan bixəbər Həmidovların Məcidzadəsinə...

   

Türklərin yerinə düşən sözü var - yazıqlar olsun!!! Kim-kim, bu ölkədə xətrini-hörmətini, xatirəsini həmişə saxladığımız mərhum İsgəndər Həmidovun qardaşının balası, vətənpərvər Sərdar Həmidovun oğlu mənə hücuma keçib.
Bunu bir YAP üzvü, ya iqtidarın şinelindən çıxan adam eləsəydi, belə yandırmazdı. Amma hörmətli Həmidovların nəslindən olan, onların əlindən su içən gənc Şəhriyar Məcidzadə mənə əsassız, yersiz, araşdırmamış, yoxlamamış halda hədyanlar yağdırıb. Əslində, bu iftiraları atmamışdan əvvəl gərək fikirləşəydi, məsələni ictimailəşdirməkdənsə, mənə zəng edə və soruşa bilərdi. Deyərdi ki, ay Şahin Əhmədov,  mənim əleyhimə niyə kampaniya aparırsan?! Madam ki, bunu etməyi özünə rəva bilməyib, sənəd-sübutsuz barəmdə fantaziyalar uydurub, onda mən də ona publik cavab verməyi zərurət bilirəm. Yenə deyirəm, adama təsir edən Həmidovların yetirməsinin mənə böhtan atmasıdır. Biz öyrəşmişik ki, əks düşərgədən yalanlar eşidək. Nəysə, bir halda ki Ş.Məcidzadə mənim qrup oyunlarına alət olduğumu düşünür, onda nə qədər cılız və bəsit qənaətə gəldiyini sübut edim: Belə ki, mərhum S.Həmidovun oğlunun fikrincə, rəhbəri olduğum siam.az saytında gedən yazı mənə Əli Həsənov - Vüqar Əliyev tərəfindən sifariş olunub və məqsədli şəkildə Ş.Məcidzadəni hədəfə almışam. Hətta gənc oğlan irəli gedərək belə fikrə düşüb ki, mən Şahin Əhmədov Əli Həsənovun köməkçisi olmuş, indi yenə Aparatda çalışan Vüqar Əliyevlə həmyerliyəm, yəni, bərdəliyik, yaxın əlaqələrimiz var, onlardan gələn təlimatı yerinə yetirmişəm. Əvvəla, həyatımda V.Əliyevi yaxından görməmişəm. Amma əgər Şəhriyar Məcidzadənin ürəyinə damıb ki, biz yerliyik, hansısa işbirliyimiz ola bilər, onda siam.az-da gedən məqaləni bir də lupa ilə oxusun, diqqətli olsun. Çünki həmin yazı siam.az saytına məxsus deyil, miq.az saytına istinadən yerləşdirilib. Miq.az saytının baş redaktoru isə Aqil Alışovdur. A.Alışov isə Bərdədən yox, Lerikdəndir. İndi Şəhriyar Məcidzadə eynəyini taxıb təkrar məqaləyə nəzər yetirsin və qənaətini dəqiqləşdirsin: ya istinadla məqalənin təqdim olunması haqda anlayışı yoxdur, ya da məntiqlə Aparatda işləyən Vüqar Əliyev Lerikdən olmalıdır və həmyerlisi Aqil Alışova sifariş (???) etməlidir. Yəni, bu qədər bəsit, absurd, gülməli!!! Ş.Məcidzadə sadə məntiqi işə salıb, məsələni aydınlaşdırmaq əvəzinə, çox uzağa gedən nəticələr çıxarıb, konspirologiyalar, nəzəriyyələr, Əli Həsənov izi axtarmağa başlayıb. Halbuki, indi Əli Həsənov nə Şahin Əhmədov, nə Şəhriyar Məcidzadəni, nə də yaxını Vüqar Səfərlini yadına sala bilər, adam öz canının hayındadır. Ən əsası isə mən siam.az-da həmin məqaləni miq.az-a istinadla yaymışam və o saytın rəhbəri dediyim kimi, bərdəli yox, leriklidir. Məsələ elə burada bitir. Yəni, ünvanı seçəndə, düzgün seçim et. Elə hədyan yağdır ki, yapışsın. Sənin hansı məmurla, hansı icra başçısı ilə konfliktin varsa, özün yoluna qoy. Şahin Əhmədovu ölkədə və Bərdədə tanıyanlar yaxşı bilir ki, onun adını hansısa kampaniyalara bağlamaq mümkün deyil. Üstəlik, mənim üzvü olduğum partiyanı - KXCP-ni və sədri Mirmahmud Mirəlioğlunu işə qarışdırmaq həm siyasi tərbiyəsizlikdir, həm Həmidovlara olan hörmətsizlikdir. Gənc oğlansan, bir rayon rəhbəri ilə olan dava-dalaşına görə abır-həyadan özünü salırsan, hamını əsassız yerə bu işə qatırsan, bu ölkənin siyasi mübarizəsində əməyi olanları, sənin atan və əminlə həm haqqı-salamı, həm bir əqidəni bölüşənləri öz xırda, intriqa dolu qovğalarına qarışdırırsan. Sənin Tərtərdə icra başçısı ilə olan probleminin Bakıda olan partiyaya nə aidiyyatı var? Mənim saytımda istinadla gedən yazının müəllifi mən deyiləmsə, niyə uğursuz əlaqələr axtarırsan? Get, miq.az-dan soruş, niyə yazıblar, necə yazıblar... Və Məcidzadə, sənə Həmidovlara xatir, ilk dəfə yüngül cavab verirəm, növbəti dəfə ağır sözlər eşitmək istəmirsənsə, gələn səfər savadsızlıq eləmə, yazının hansı sayta aid olduğunu dəqiqləşdir, sonra yaz!
Şahin Əhmədov 
Tarix: 18-06-2020, 23:27
Xəbəri paylaş



Xəbər lenti