2015-ci ildə Azərbaycanda nümayəndəlik açan "RBC Group Czech S.R.O." konsaltinq şirkəti “Azərbaycan Dəmir Yolları” QSC-ni müqavilə öhdəliklərini yerinə yetirməməsilə bağlı məhkəməyə verib.
Məhkəmənin hazırlıq iclası sabah saat 09:45-də Bakı Kommersiya Məhkəməsində hakim Leyla Əliyevanın sədrliyi ilə baş tutacaq. Məlumat üçün bildirək ki, "RBC Group Czech S.R.O." şirkəti Çexiyanın və eləcə də dünyanın tanınmış konsaltinq şirkətlərindən biri hesab olunur.
Şirkətdən bildirilir ki, onlar ilk dəfə 12 mart 2013-cü ildə Bakıda böyük biznes nümayəndələri üçün konfrans təşkil ediblər. Konfransada şirkət rəhbərlərinə yeni taktiki və strateji qərar qəbuletmə səviyyəsinə keçmək, əsas işçilərin səmərəliliyini artırmaq və eyni zamanda əməliyyat xərclərini əhəmiyyətli dərəcədə azaltmaq imkanı verən yeni sistem barədə məlumat verilib.
Əsasən MDB ölkələrində özəl və dövlət sektörü üçün məsləhət xidməti göstərən şirkətin müştəriləri arasında Azərbaycanın tanınmış şirkətləri də yer alır. Onların arasında “Bakı Gəmiqayırma” MMC, “Silk Vay Airlines”, “Azər Yod”, “Paşa Bank”, AZAL, “Kapital Bank”, “Norm” MMC, “Salyan neft şirkəti” və s. şirkətlər yer alır.(yeniavaz.com)
Tarix: 17-06-2020, 16:14