Milli Məclisin sabiq deputatı, Parlamentin Əmək və Sosial Siyasət Komitəsinin keçmiş sədri Hadi Rəcəblinin koronovirusa yoluxması barədə xəbərlər yayılıb.Konkret.az xəbər verir ki, bu barədə Lənkəran şəhər sakinləri sosial şəbəkədə qeyd ediblər.
Sakinlərin sözlərinə görə, bir neçə gün əvvəl Hadi Rəcəblinin səhhəti qəfil pisləşərək xəstəxanaya yerləşdirilib, ona koronovirusa yoluxma diaqnozu qoyulub.
Məlumatı dəqiləşdirmək üçün Hadi Rəcəblinin mobil telefon nömrələrinə zəng etsək də, onunla danışmaq cəhdlərimiz baş tutmayıb.
Tarix: 13-06-2020, 15:36