Azərbaycanda əhaliyə xəbərdarlıq: Sabahdan...


İyunun 13 və 14-də ölkə ərazisində havanın temperaturu 40-42 dərəcəyədək yüksələcək. Bu səbəbdən Ekologiya və Təbii Sərvətlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edib. Günorta saatlarında uzun müddət açıq havada olmaq məsləhət görülmür.

 

Pravda.az-ın xəbərinə görə, Bakıda və Abşeronda 40 dərəcə isti, bəzi bölgələrdə isə yağış yağacaq.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mi­lli Hidrometeorologi­ya Xidmətinin baş hidroloqu Asif Verdiyevin sözlərinə görə, iyunun 13 və 14-də havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında, habelə Mərkəzi Aran rayonlarında yüksələcəyi gözlənilir.

 

Havanın temperaturunun 40-42 dərəcəyədək yüksəlməsi əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün risklidir. Günorta saatlarında uzun müddət açıq havada olmaq məsləhət görülmür. Lakin bölgələrdə gəldikdə isə bəzi rayonlarda havanın temperaturu aşağı enəcək və yağış yağacaq.

 

Bununla yanaşı Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.



Tarix: 12-06-2020, 09:40
Xəbəri paylaş



Xəbər lenti