Azərbaycanın sabiq Səhiyyə naziri Əli İnsanov ölkənin hazırki Səhiyyə naziri Oqtay Şirəliyevin fəaliyyətindən danışıb.
Pravda.az-ın xəbərinə görə, Ə.İnsanov O.Şirəliyevin yarıtmaz kadr olduğunu qeyd edib.
“Çox yarıtmaz kadrdır. Yarıtmaz işinə görə xaric etmək istəyirdim, müəyyən səbəblərə görə etmədim. Baxın, koronavirus pandemiyası zamanı qətiyyən görünmür. Mənə indiki naziri tənqid etmək yaraşmaz. Deyiləsi o qədər şey var ki...” – Ə.İnsanov qeyd edib.