Hafiz Məmmədov məhkəmədə tikinti şirkətini uddu: 406 minlik iddia...

Tarixin yaddaşına qovuşmuş "Bakı" Futbol Klubunun sahibi, iş adamı Hafiz Məmmədovun ləğv edilmiş bankı kredit verdiyi şirkətdən pulunu ala bilmir.

Fanat.az xəbər verir ki, bu iş üzrə məhkəmə çəkişməsi davam edir. Ləğv prosesində olan "Bank of Azerbaijan” Açıq Səhmdar Cəmiyyəti (ASC) 2012-ci ildə böyük tikinti şirkətlərindən biri olmuş "Azər İnşaat TT” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) ayırdığı krediti geri ala bilmir. Məhkəməyə müraciət edən ASC qalıq borc kimi tikinti şirkətindən 621 min manat tələb edir.

Bakı Kommersiya Məhkəməsinə müraciət edən bank bildirib ki, cavabdeh qeyd edilən kredit müqaviləsinin şərtlərini pozub və məhkəmədən kənar qaydada həll etməklə bağlı razılığa gəlsələr də borcu ödəməyib. Şirkət bankın iddiasını qismən qəbul edib. Cavabdeh tərəf borcun faiz hissəsini qəbul etmədiyini deyib.
Məhkəmə hesab edib ki, qeyd edilən kredit müqaviləsi ilə cavabdehə verilmiş əsas kredit məbləğinin ödənilməmiş 406 min manat məbləğində borc iş materialları, habelə tərəflərin nümayəndələrinin izahatları ilə təsdiq olunduğundan iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə faiz borc hissəsi ilə bağlı iddianı təmin etməyib.

Məhkəmə 406 min manatın "Azər İnşaat TT”dən tutularaq, banka ödənilməsi barədə qərar çıxarıb.

Xatırladaq ki, "Bank of Azerbaijan” ASC müflis elan edilib. Bank iş adamı Hafiz Məmmədova məxsus idi. (Musavat.com)
Tarix: 11-06-2020, 22:40
Xəbəri paylaş



Xəbər lenti