Bu həftə tətbiq ediləcək sərt karantin rejimində fəaliyyətinə icazə verilən şəxslərin işə gedib-gəlmək üçün şəxsi avtomobillərindən istifadəyə icazə veriləcək.
Pravda.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, həmin şəxslər iş yerlərinə gedib gələ bilərlər: "Həmçinin, yaxın qohumunun dəfn mərasimində iştirak etmək istəyən şəxslər də şəxsi avtomobillərdən istifadə edə bilərlər. Digər şəxslərin isə hərəkəti qadağandır".