“Milli-mental və dini dəyərlərimizi keçi qiymətinə əcnəbilərə satırsınız” - QALMAQAL
Amerikada yaşayan Milli Şuranın (MŞ) sədri Cəmil Həsənlinin facebook səhifəsində paylaşdığı son məqalə ciddi qalmaqal yaradıb. “Filmin sonu” başlıqlı yazıda tarixçi alim rəhbəri olduğu qurumdan bir müddət əvvəl istefa verən kinodramaturq Eldəniz Quliyevin “bostanına daş atıb”.
Sitat: “Milli Şuranın rəhbərliyində təmsil olunan şəxslərin bütün vasitələrlə təqib olunduğu həmin o məşum yay günlərində, Milli Kino Günü münasibətilə qurumun rəhbərliyində təmsil olunan tanınmış ziyalı Eldəniz bəy Quliyevin həyat yoldaşı Xalidə xanım Quliyevaya İlham Əliyev öz sərəncamı ilə 2019-cu ilin iyul ayında ”Azərbaycanın Xalq artisti" fəxri adını verir. Şübhəsiz ki, hələ məşhur “Nəsimi” filmindən başlayaraq Xalidə xanımın sənət uğurları var, amma hakimiyyət o qədər “tolerant” deyil ki, həyat yoldaşı ölkənin aparıcı müxalifət qurumunda təmsil olunan bir aktrisaya sənət uğurlarına görə “Xalq artisti” yüksək fəxri adını versin. Başımız bizə qarşı hücumları dəf etməyə qarışdığından dostumuzun ailəsindəki bu uğurdan da vaxtında xəbər tutub onu təbrik edə bilməmişik".
Kinodramaturqun Milli Şura sədrinə cavabı gecikməyib. E.Quliyev “Filmin əvvəli” başlıqlı məqaləsini tarixçi alimə həsr edib.
“Cənab professor həmin statusda az qala bəndənizi satqınçılıq meyllərində suçlayır və mənim hakimiyyətin Milli Şuranı dağıtmaq planlarında müəyyən yer almış fiqur olduğuma eyham vurur... Hətta bir az da qabağa gedərək, ailə məsələlərimə də müdaxilə edir və bununla qırmızı xətti tapdamış olur” deyə qeyd edib. “Cəmil müəllim, körpüləri bu sayaq hövkə ilə yandırmayın. Çaşıb düşmən tərəfində qala biləcəyinizdən ehtiyat edin...
Cənab Həsənli, indi nə oldu, nə baş verdi ki, mənim Milli Şuradan uzaqlaşdırılmağım, MŞ-yə ciddi problemlər yaratmağım haqda ard-arda sicilləmə statuslar yazırsınız?!... Mən indiyəcən nə kino və ədəbi yaradıcılığımda, nə də siyasi-ictimai fəaliyyətimdə zərrə qədər də olsa riyakarlığa, qeyri-səmimiliyə, satqınlığa, vicdansızlığa yol verməmişəm. Bu yaşdan sonra bu, heç mümkün də deyil...
Eyni zamanda Cəmil bəy, eləcə də MŞ Koordinasiya üzvləri çox yaxşı bilirlər ki, Milli Şuradan məhz bu dəyərlərə sayğısız münasibətə görə istefa vermişəm. Mənim üçün bu dəyərlər taleyüklü məsələdir. Xalqımız belə münasibət sərgiləyən ictimai-siyasi quruma dəstək verərmi?!
Bəs siz nə etdiniz, hörmətli Cəmil bəy? LGBT-nin, feministlərin, bir sözlə, xalqın qəbul etmədiyi bir qrup əxlaqsız toplumun müdafiəsinə qalxdınız, üstəlik, bunu liberal dəyərlərin qorunması kimi qələmə verməyə cəhdlər etdiniz. Ərə getməyi ilə fəxr duyan və addımbaşı bunu reklam edən üzdəniraq İsmayıl Cəlilovu görünməmiş canfəşanlıqla himayəyə götürdünüz. Xeyr, hörmətli Cəmil müəllim, alınmayacaq! Çünki bu xalqın tam əksəriyyəti bu cür yad və əxlaqsız yaşam tərzini, bu sayaq adamları qəbul etmir, edə bilmir, etməyəcək də!.. Sadəcə, iyrənir. Buna əmin olun. Siz heç kimlə məsləhətləşmədən, Milli Şuranın adından, bizlərin bu toplumun hüquqlarını qoruyacağı ( və qoruduğu) haqqında bəyanat verdiniz. Özü də bir neçə dəfə. Niyə belə etdiniz, bunun mənası, mahiyyəti, məqsədi nə idi? Kimlərin dedikləri ilə, ABŞ-da, ya Avropadakı hansı dairələrin göstərişi, yaxud dirijor çubuğu ilə bunlara rəvac verdiniz? Yaxud öz düşüncənizdə, dünyaduyumunuz, əxlaq normalarınızda bir neçə ayın içində hansı transformasiya baş verdi ki, belə yanlışlıqlara yol verdiniz?"
E.Quliyev C.Həsənlinin dini camiə barədə yazdıqlarına da cavab verib: “Yazırsınız ki, kleptokratik rejimin nəzarətində olan dini camiənin əli ilə MŞ-ni milli-mənəvi, islamı dəyərlərə xəyanətdə suçlayırlar. Bu ixtiyarı sizə kim verib ki, dindarları bu sayaq aşağılayasınız? Axı onlar-Hacı İlqar İbrahimoğlu, Hacı Taleh və digər din xadimləri, inanc sahibləri, sizə çox mədəni və olduqca mötədil şəkildə irad bildirdilər ki, yanılırsınız, səhv yolun yolçuluğunu edirsiniz, mənəvi dəyərlərə bu sayaq həqarət olmaz....
Hörmətli Cəmil müəllim, siz nədən və hansı dairələrin sifarişi ilə dindar qardaşlarımızın hakimiyyətin sifarişini yerinə yetirdiklərini ərz edirsiniz?!."
O, həmçinin yazıb: “Mən Milli Şuradan çıxarılmamışam, şəxsən öz istəyimlə istefa vermişəm. Səbəbini yuxarıda qeyd etmişəm.
Guya MŞ-də qalmağım üçün hamıya yalvarmağım, bu da ağ yalan, hətta riyakarlıqdır"...
Kinodramaturq satqınlıq ittihamlarına da toxunub: “Bu necə olur axı, Cəmil müəllim, mənim 25 ildə bir dənə də olsun ssenarim qəbul olunmur, hətta məni kinostudiyanın, Mədəniyyət Nazirliyinin həndəvərinə belə buraxmırlar, amma bu müddət ərzində sizin 10-15 kitabınız çıxır? Və satqın mən oluram!
Bu necə olur ki, dəfələrlə parlamentdə təmsil olunmaq təkliflərini mən rədd edirəm, amma siz siyasi partiya yoldaşlarınızı atıb da, gedib 10 il Milli Məclisin deputatı olursunuz. Və yenə də mən satqın oluram?!
Axı bu necə olur ki, məni məhkəmələrə çəkir, cərimə edir, küçə süpürtdürürlər, ən başlıcası, 3 il sər-sərə ölkədən çıxışıma qadağa qoyulur, amma siz həmin zamanlarda 10-15 dəfə sərbəst şəkildə Qərb dövlətlərinə səfərlər edir, Avropanın kurortlarında kef edirsiniz?! Və yenə də satqın çıxan mən oluram.
Bu necə olur axı, mən 25 ildir ki, işsiz-gücsüz dolanmağa məhkum olunuram, aptekdən dərmanlarımı belə borca almaq zorunda qalıram, amma sizə həm universitetdə dərs deməyə, həm də ABŞ-da mühazirələr oxumağa, orada viski içə-içə buradakı dindarları aşağılamağa şərait yaradılır?! Və yenə də satqın damğası nədənsə mənə vurulur!..
Bu necə olur axı, məni son mitinqimizdə saxlayırlar, siz isə həmin ərəfədə Almaniyada, Fransada səyahətinə çıxıb istirahət edirsiniz?! Və nəticədə, satqın deyilən mən biçarə oluram!
Bu necə olur ki, hakimiyyətin yüksək kalibirli yetkilisi sizin kitaba “ön söz” yazır və kitab minlərlə tirajla satışa buraxılır, amma mənim 15 il fasilə ilə öz hesabıma ( o da borca) çıxardığım son kitabımı Azərbaycanın bir dənə də olsun kitab mağazasına yaxın buraxmır, satışına qadağa qoyurlar?! Sualların sayını artıra da bilərəm...
O ki qaldı ailə məsələsinə, ironik atmacanıza, bunu sizə heç yaraşdırmadım. Ayıbdır. Həyat yoldaşımın Xalq artisti fəxri adını almasını az qala hökumətə satqınlığım kimi qələmə verirsiniz. Milli Şurada sizdən yaxşı bilən yoxdur ki, 30-35 bədii filmdə baş rolun ifaçısı olan Xalidə xanım bu adı hələ 20-25 il əvvəl almalıydı. Mənə görə, müxalif mövqeyimə, mübarizəmə görə düz 25 il ona fəxri ad vermədilər... İndi bütün ömrünü milli kinoya həsr etmiş, ahıl bir aktrisaya fəxri ad verilməsini mənə qarşı ittiham kimi irəli sürməyiniz, ən yumşaq tərzdə desəm, ləyaqətsizlikdir...
Hörmətli Cəmil müəllim, son olaraq bildirirəm ki, əgər siz həqiqətən həyat yoldaşımın fəxri ad almasına görə məni satqın hesab edirsinizsə, (hər halda, yazınızdan belə qənaət yaranır) və bu haqda ciddi-ciddi abzaslar yazır, eləcə də eyni mövzunu düşük-düşük adamlara yazdırırsınızsa, onda məni, istər-istəməz, sizi həm satıcı, həm də satılmış adlandırmağa sövq edirsiniz. Mən də qayıdıb deyə bilərəm ki, siz satıcı kimi milli-mental və dini dəyərlərimizi “optovoy” şəkildə və keçi qiymətinə əcnəbilərə satırsınız. Satqın kimi isə... yenə də, qayıdıb deyə bilərəm ki, məndə əsaslı şübhələr yaranıb ki, siz ABŞ-a gedəndən bəri kimlərinsə təsir dairəsinə düşmüsünüz və Azərbaycanın dövlətçilik maraqlarına zərbə vuracaq, haçalı-məkrli mövqe nümayiş etdirirsiniz. Ancaq bütün bunlara rəğmən mən yenə də sizə satqın demirəm, deməyəcəm də! Çünki inanıram ki, nə vaxtsa şəxsimə qarşı irəli sürdüyünüz nahaq ittihamlardan və məni sındırmaq meyllərinizdən utanacaqsınız..."
“Yeni Müsavat”
Tarix: 9-06-2020, 10:32
-
Dünən, 21:14
Sabiq deputat borclarını niyə qaytarmır?
-
Dünən, 20:50
Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - TƏFƏRRÜAT
-
Dünən, 12:57
“ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir
-
Dünən, 10:17
Kəmaləddin Qafarovun şirkəti cərimə edilir
-
Dünən, 10:15
Deputat hər maşından 10 manat vergi tutulsun deyir, bəlkə özləri hər ay maaşından 500 manat vergi ödəsin?
-
25-11-2024, 21:45
Şok Şok:Bərdə avtovağzal, ticarət mərkəzi və mal bazarında vergidən yayınma halları mövcuddur
-
25-11-2024, 14:52
Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
-
25-11-2024, 14:49
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı - 10 gündə bir şirkətə 3 milyonluq iki tender...
-
25-11-2024, 14:30
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? – FOTO/VİDEO
-
24-11-2024, 11:22
PENSİYALARA DAİR “HUMANİST MİNNƏT”... - Və ya “çox humanist” pensiya sistemimizdən pensiyaçılar niyə narazıdır?
-
23-11-2024, 22:33
"Dollar Cavid” haqqında yazılan məqalələr saytlardan yoxa çıxır: Tanrının, yoxsa pulun möcüzəsi?
-
23-11-2024, 12:48
"Azernuts"ı cərimə gözləyir
-
23-11-2024, 09:11
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
-
20-11-2024, 12:40
Marketin adını “Zəfər” qoyub, su soyuducularına səkidə “düzülüş” verən sahibkar - FOTO
-
20-11-2024, 11:07
NİYƏ 285 MANAT?... - Və ya bir ailənin aylıq minimum yaşam xərci nə qədərdir?
-
20-11-2024, 10:52
COP29 günlərində Bakıda “yaşıl soyqırım” - Nərimanov sakinləri icra hakimiyyətini və tikinti şirkətini ittiham edirlər
-
20-11-2024, 10:51
Məmurlar varlanır, müavinət 1 manat artırılır - Gələcəyin əsgəri üçün...
-
20-11-2024, 10:50
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu
-
19-11-2024, 20:33
Ahıl ana ölkə rəhbərliyindən kömək istəyir: “Mənim oğlumu dələduz məmurlardan qoruyun”
-
19-11-2024, 11:47
Bərdədə QOÇULUQ EDƏN KİMDİR? - GİLEY
-
15-11-2024, 15:00
"Bu binadan ev alan 100 dəfə düşünsün..." “Greenville Residence”
-
15-11-2024, 14:14
Naxçıvanda BALIQ BİZNESİ İNHİSARA ALINDI... - BU NƏDİ BELƏ?..
-
15-11-2024, 14:11
Məhkəmə “Avrora” şirkəti ilə bağlı cərimə qərarı çıxardı
-
15-11-2024, 10:03
“Şaurma N 1″ restoranının şəriki Aqil Babayevin işində DTX araşdırması!
-
11-11-2024, 12:58
Ukrayna orudusu Donetskdə hücuma başlayıb: mövqelərin bəziləri geri qaytarılıb
-
11-11-2024, 11:44
Yoldaş İsayev bununla nə demək istəyir ki?.. - SAĞ OL SƏNİ...
-
6-11-2024, 22:20
Vahid Ələkbərovun "Yelo Bank"ından Bayrağımıza laqeydlik - Görürlər, yerdən götürmürlər...
-
6-11-2024, 22:04
Tərtərdə 1 milyon 700 min manatlıq korrupsiya - 4 icra nümayəndəsinə töhmət verilib
-
6-11-2024, 21:59
"Veysəloğlu" içi qurdlu şokolad satır, müştəri PA-ya müraciət etdi
-
6-11-2024, 14:06
Tramp qələbəsini elan etdi: “Tarix yazdıq”