Hacı Məhərrəmin koronavirus “töhvəsi”: Fonda pul ödəmədi, amma bahalı hədiyyə…

 
Qlobal pandemiya fonunda ölkəmizdə fəaliyyət göstərən şirkətlərin böyük hissəsi Prezident İlham Əliyevin çağırışına dəstək olaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürülüb və proses davam edir. Son məlumatlara görə, 3125 hüquqi şəxs tərəfindən fonda 85 milyon, 331 min, 373 manat pul köçürülüb. Həmçinin, 10435 fiziki şəxs də Prezidentin çağırışına qoşulub. Bununla bağlı cumhuriyyet.az bildirir ki, fonda vəsait köçürən hüquqi və fiziki şəxslər arasında nə “Bağçalı Evlər” MTK, nə də onun sahibi Məhərrrəm Novruzovun adının olmaması maraq doğurur. Onu da bildirək ki, M.Novruzov tikinti maqnatı kimi tanınır və Masazır ərazisindəki “Qurtuluş-93” yaşayış kompleksi onun şirkəti tərəfindən tikilib.
Amma M.Novruzovun biznesi yalnız tikinti işi ilə yekunlaşmır. Bir neçə il öncə “Bağçalı evlər” şirkəti Şabran rayonunun Rəhimli kəndində müasir istixanalar qurub. Artıq şirkət tərəfindən 0,13 hektar ərazidə müasir damcı üsulu ilə tərəvəz yetişdirən istixana fəaliyyətə başlayıb. Hazırda şirkət tərəfindən 4 hektar ərazidə yeni istixana kompleksi quraşdırılıb. “MY BEACH” hotel və restoranı da “Bağçalı evlər” şirkətinin rəhbəri Hacı Məhərrəm Novruzova məxsusdur. Hacı titulu daşıyan bu şəxsin nə hacı, nə də iş adamı kimi ölkənin bu vaxtında bir qəpiyindən də keçməməsi məşhur “Hacı Qara” xəsisliyini yada salır. Çünki “Qurtuluş-93” ərazisində yaşayan hər hansı bir aztəminatlı ailəyə də “Bağçalı Evlər” MTK və ya Hacı Məhərrəm tərəfindən yardım edilməsi haqda məlumat yoxdur. Əksinə, cumhuriyyet.az-a daxil olan şikayətdə bildirilir ki, hətta Məhərrəm Novruzovun pandemiya və karantin dövründə, hətta novruz bayramı dönəmində bəzi ailələrin dolanışığına müdaxilə etməsi halları da baş verib ki, bunun nəticəsində “Hacı”nın evinin qarşısında intihara cəhd də edilib.
Məlumata görə, Bağçalı Evlər” MTK və ya Hacı Məhərrəmin  Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürməməsinin əsas səbəbi maliyyə vəziyyətinin pis olması ilə bağlı deyil. Çünki bu dönəmdə də “Qurtuluş-93”-də tikinti işləri aparılıb və Hacı vətəndaşlardan ödənişlərini yığıb. Eyni zamanda cumhuriyyet.az-a daxil olan  məlumata görə Hacı bir müddət əvvəl çox qiymətli bir hədiyyə alıb. Doğurdanda Həcc ziyarətinə gedib şeytana daş ataraq günahlarını yuyanlar, sonra aramıza qatılıb “Hacı” qiyafəsində şeytanlıq edənlərin sayı durmadan artır. Azərbaycanda çoxlu hacı var. Kimin ki, cibinə pul düşür, dönüb olur “Hacı”. Əvvəl şeytana daş atır, sonra da günahsız insanlara. Doğrudur, aramızda əsl hacılar çoxdur və onlara hörmətimiz sonsuzdur, qarşılarında baş əyirik. Amma məmləkətimizdə alayı hacılar əfsuslar olsun ki, az deyil. Şıxəli Qurbanovun qatili – yəni onu zəhərləyən diş həkimi də hacı idi. Hacılar var ki, bir gözəlçə ilə gecə həyatının 3 saatına 3 min manat verir, amma şəhid ailəsinin haqqını tapdayır. Hacı var ki, vaxtilə vəzifədə idi, elə ki, əsəbləşdi, xoşu gəlməyən adamı böyük soyuducuda saatlarla saxlayırdı. Vallah, belə hacıları görəndə onların Həcc ziyarətində daş atdıqları şeytana adamın yazığı gəlir. Bu gün iş adamlarımız arasında həcc ziyarətinə gedib, nəfsinə sahib olmayanlara, ciblərindəki pulun istisiylə Azərbaycan qanunlarını saymayanlara da çox rast gəlirik.
Tarix: 9-06-2020, 09:48
Xəbəri paylaş



Xəbər lenti