Eldəniz Quliyev həyat yoldaşının Xalq artisti adı almasından danışdı


Milli Şuradan ayrılan Eldəniz Quliyev həyat yoldaşı Xalidə Quliyevanın 2019-cu ildə Xalq artisti fəxri adını alması ətrafında müzakirələrə münasibət bildirib.

 

Pravda.az-ın xəbərinə görə, E.Quliyev deyib ki, bu, qırmızı xətt idi və Cəmil Həsənli bu xətti keçdi: “Bunu təəssüf hissi ilə deyirəm. Bilirsiniz ki, Xalidə xanım 35-ə qədər filmdə baş rola çəkilib. Təkcə Azərbaycanda yox, xarici ölkələrdə də. Hamı, ilk növbədə də Cəmil Həsənli bilir ki, ona neçə illər fəxri adın verilməməsi nə ilə bağlıdır. Keçən il isə adın verilməsi “Nəsimi ili” ilə əlaqədar oldu. “Nəsimi” filmində baş rolu oynamış və “xalq artisti” adı almayan yeganə insan Xalidə xanım idi. Bu adam heç vaxt siyasətə qarışmayıb, öz sənəti ilə məşğul olub. Rollarını da pis ifa etməyib. İndi ömrünün 67-ci ilində ahıl bir qadına fəxri adın verilməsi ətrafında iyrənc oyunlar oynayırlar, bunun arxasında nəsə axtarırlar. Bu ad veriləndə mən Avropada idim, qayıdandan sonra da hamı təbrik etdi. Dedilər ki, Xalidə xanım bu adı çoxdan almalıydı. İndi durub bunu yada salmaq və ittihama çevirib mənə qarşı istifadə etmək ləyaqətsiz bir yanaşmadır. Ziyalıya yox, heç naxırçıya yaraşmayan bir davranışdır”.



Tarix: 9-06-2020, 09:18
Xəbəri paylaş



Xəbər lenti