Sabiq başçı ölkə xaricinə də böyük pullar çıxara bilib - Geri gətiriləcəkmi?
Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə başlatdığı rüşvətxorluğa və korrupsiyaya mübarizə prosesində təkcə vəzifə başında deyil, vaxtilə işində ciddi nöqsanlara yol vermiş keçmiş icra başçıları da cəzlandırılıb. Lakin Azərbaycan mediasında adı müxtəlif qalmaqallarda daha çox hallanan, bir vaxtlar Salyan rayonunun “kiçik padşahı” kimi təqdim olunan, 2006-2011-ci illər ərzində Daşkəsən və 2011-2016-cı illərdə Salyan rayon icra hakimiyyəti başçısı vəzifələrində çalışmış Tahir Kərimovun bu prosesdən kənar qalması onun rəhbərlik etdiyi rayonlarda “başına oyun açdığı” sahibkar və digər vətəndaşların narazılğına səbəb olur. Bu barədə mediada zərərçəkmiş vətəndaşların dəfələrlə müraciətinə rast gəlinib.
Xaricdə mülklər alan və biznes quran Tahir Kərimova “toy” tutulacağına ümidlər artıb
Həmin müraciətlərdə indiyə qədər rast gəlinməyən unikal məqamlar da var. Məsələn, 2011-2016-cı illərdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı olmuş Tahir Kərimov vaxtilə yerli sahibkarlara “toy tutub”. Salyandan olan iş adamları danışır ki, Tahir Kərimov bu rayonda icra başçısı olanda onu toya çağıranlar rüşvət verməliymiş. Bundan xəbərszi olan bir sahibkarın dəvətnaməsi Tahir Kərimova çatandan az sonra icra başçısının köməkçisi iş adamına zəng edərək, dəvətnamənin içərisinin niyə boş göndərilməsi barədə sual edib. Tahir Kərimovun köməkçisinin sualı verən zaman ilk anda bunun mahiyyətini anlamayıb. Ancaq sonra Salyandan olan başqa bir iş adamı ona bildirib ki, bizim kimi adamlar tərəfindən T.Kərimov toya dəvət edilən zaman dəvətnamənin içərisində mütləq pul göndərilməlidir. Əks təqdirdə T.Kərimov pul göndərilmədiyinə görə toy keçirilən yerin işıqlarını söndürürmüş. Buna görə də sahibkarlar T.Kərimovu dəvət edəndə dəvətnamənin arasında mütləq pul göndərirlərmiş.
AzToday.az xəbər verir ki, bu günlərdə Azərbaycanda qazandığı pullarla xaricdə mülklər alan və biznes quran keçmiş məmurların sərvətlərinin müsadirəsi üçün hüquqi prosedurların başlanmasına hazırlıq prosesi nəhayət, sahibkarların başına oyun açan T.Kərimova da “toy” tutulacağına ümidləri artırıb.
“Salyan padşahı” Tahir Kərimovun vəziyyəti yaxşı olmayacaq
Belə ki, ölkə KİV-lərin yazdığına görə, korrupsiya, rüşvət yolu ilə əldə olunan pullar hesabına xarici ölkələrdə alınan mülklərin müsadirəsi üçün hüquqi baza genişləndirilir. Belə ki, qanunvericilikdə ediləcək yeni dəyişikliyə görə, qeyri-qanuni yollarla əldə edilmiş pul vəsaitləri hesabına xarici ölkələrdə əmlaka yiyələnənlərin mülkləri əlindən alına biləcək. Ən azından Cinayət Prosessual Məcəlləsinin 521.1-ci bəndinə edilən əlavə məhz bunu nəzərdə tutur. Belə ki, 521.1-ci maddəyə təklif olunan əlavə xarici ölkədə yerləşən əmlakın müsadirə olunması prosedurunu müəyyən edir. Bu halda xarici ölkədə yerləşən əmlakın müsadirə olunması barədə Azərbaycanda çıxarılmış hökm və ya digər yekun qərar qanuni qüvvəyə mindiyi tarixdən beş gün müddətində icra olunmalıdır.
Prosedura görə, məhkəmə xaricdəki daşınmaz əmlakların Azərbaycandan gedən, qeyri-qanuni yollarla əldə edilən pullar hesabına mülk yaradıldığını sübut edərsə, onlar Azərbaycanın mülkiyyəti kimi təsnif olunmalıdır. Həmin əmlak orada hərraca çıxarıla və əldə olunan vəsait Azərbaycan büdcəsinə daxil ola bilər. Məsələn, kiminsə Avropa ölkələrinin birində Azərbaycanda cinayət yolu ilə ədə etdiyi vəsait hesabına aldığı mülkü varsa və Azərbaycan tərəfi onun öz xeyrinə müsadirəsini tələb edirsə, bu zaman Azərbaycan məhkəməsinin çıxardığı müsadirə qərarının həmin ölkə tərəfindən tanınması lazımdır.
Qeyd edək ki, sözügedən qanun layihəsi qəbul edilsə, 2020-ci il iyulun 1-dən qüvvəyə minəcək və sözügedən dəyişikliklə “çirkli pullar”la xaricdə alınan mülklərin müsadirəsinə hüquqi baza yaradılır. Bu dəyişiklik xaricdə bahalı mülklərə sahib çıxan çoxsaylı məmur-oliqarx ordusu üçün ciddi təhlükəyə çevrilə bilər.
O halda haqqında söhbət açıdımız “Salyan padşahı” Tahir Kərimovun vəziyyəti yaxşı olmayacaq. Çünki T.Kərimvo yüksək dövlət vəzifələrində çalışdığı 10 il ərzində bu dövlətin, xalqın hesabına illərlə dövlətdən pul qazanan, əyri yollarla qazandığı pulun hesabına təkcə Azərbaycanda deyil, ölkə xaricində də böyük biznesə sahib olub.
Sabiq başçı ölkə xaricinə də böyük pullar çıxara bilib
Belə ki, son illərdə ölkənin əksər media orqanlarında yer alan araşdırmalardan məlum olub ki, 2006-2016-cı illər ərzində Daşkəsən və Salyan rayonlarına rəhbərlik edərkən, Azərbaycanda həddini aşmış məmurlarından biri kimi adı hallanan, tutduğu vəzifələrdə bu və ya digər yollarla topladığı milyonları özünün və ailəsinin dəbdəbəli həyat tərzi sürməsinə sərf etməkdən çəkinməyən sabiq başçı ölkə xaricinə də böyük pullar çıxara bilib.
Belə ki, Birləşmiş Krallığın reyestr məlumatlarından məlum olur ki, T.Kərimovun özünün və övladlarının adına xeyli sayda şirkət və daşınmaz əmlak var. T.Kərimovun ölkədən çıxara bildiyi pulların hesabına oğlu Tural Kərimov və qızı Aynur Kərimovanın adına şirkətlər müəyyən edilib. Tural Kərimoun adına 3 fərqli şirkət var. Bunlardan biri “Premium Horions Limited” adlı şirkətdir. Bu şirkət 2013-cü ildə təsis edilib. Həm Tural Kərimov, həm də Aynur Kərimova şirkətin hissədarlarıdır. Bundan əlavə Tural Kərimova məxsus “KIEVAN ACCOUNTANTS LTD” və “Kerimov Holdings LTD” şirkətləri təsis edilib. Hər üç şirkət eyni ünvanda “Solar House” adlı bir ofis mərkəzinə qeydiyyatdadır. Hələ bu Tural Kərimovun biznes dairəsinin hamısı deyil. “ESPERTO ESPRESSO LIMITED” adlı şirkət 2018-ci ildə Tural Kərimov tərəfindən təsis edilib. Şirkət “Natural Coffee” adı altında Londonda yerləşən “136- 138, Kentish Town Road” ünvanında yerləşir.
Qeyd edək ki, Azərbaycan mediasında dəbdəbəli imarətlər, bahalı maşınlar sahibi, ən əsası, balıq ovçusu kimi də adı keçən T.Kərimovun digər oğlu Həmzə Kərimov da xarici ölkələrdə korrupsiya əməliyyatlarında iştirak edib. Bu məlumatlardan ən maraqlısı o idi ki, H.Kərimov mənimsədiyi vəsaitlərlə özünə Almaniyada geniş biznes şəbəkəsi yaradıb. Bundan başqa, T.Kərimov oğlunun qeyri-qanuni yollarla qazandığı pulların bir hissəsinin hesabına ölkə daxilində biznes imperiyası yaratması da yayılan məlumatlar arasındadır. Ən dəhşətlisi isə H.Kərimovun ortaqlarından birinin milliyyətcə erməni olan Eduard Nersesyan adlı şəxsin olmasıdır.
Salyanın keçmiş icra başçısı T.Kərimov oğlunun qeyri-qanuni yollarla qazandığı pulların bir hissəsi ilə ölkə daxilində biznes qurub. Bunun nəticəsidir ki, Kərimovların Qusarda, eləcə də Azərbaycanın müxtəlif bölgələrində geniş biznes strukturlarının olduğu iddia edilir.
Tahir Kərimov ölkəmizdəki biznesini də xaricə köçürmək niyyətindədir
Sonda bir məqamı xatırladaq ki, keçmiş mühasib Tahir Kərimovun sərvəti balıq biznesi sahəsində çalşmağa başlamasından sonra artıb. 1995-2001-ci illərdə H.Z.Tağıyev adına balıqhisləmə zavodunun direktoru vəzifəsində çalışıb və 2001–2002-ci illərdə “Caspian Fish” LTD şirkətinin baş direktoru vəzifəsində işləyib. 2003 – 2006-cı illərdə H.Z.Tağıyev adına Balıqhisləmə zavodunda direktor və idarə heyətinin sədri vəzifələrini icra edib. 2006-cı ildən 2016-cı ilə qədər icra başçısı olduqdan sonra geniş maddi imkanlara və güclü biznesə malik olduğu vurğulanan T.Kərimovun keçmiş havadarı hesabına indi daha çox şəxsi biznesi ilə məşğul olmağa üstünlük verdiyi düşünülür.
Vəzifədə olduğu müddətdə adı daim korrupsiya və rüşvət ittihamlarının hədəfində göstərilən, vətəndaşların fəaliyyətindən ciddi şəkildə narazı olduğu nəzərdən qaçmayan və Salyandakı sahibkarların canını boğaza yığması ilə tanınan T.Kərimovla bağlı maraqlı bir detal da var. Keçmiş icra başçısının ölkəmizdəki biznesini də xaricə köçürmək niyyətində olduğu bildirilir.
Amma hələlik bu xəbərlər öz təsdiqini tapmayıb və onun hazırda Azərbaycanda olduğu bildirilir. Lakin o dəqiq faktdır ki, onun əsas sərvətləri xarici ölkələrdədir. Belə olsa belə, ölkədə qanunsuz yollarala qazandığı vəsait hesabına övladlarının adına biznes quran Tahir Kərimovun çirkli pullarla əldə etdiyi əmlakın Azərbaycan Cinayət Prosessual Məcəlləsinin 521.1-ci bəndinə edilən əlavələrdən sonra müsadirə ediləcəyi gün uzaqda deyil.
Tarix: 8-06-2020, 09:16
-
Dünən, 21:14
Sabiq deputat borclarını niyə qaytarmır?
-
Dünən, 20:50
Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - TƏFƏRRÜAT
-
Dünən, 12:57
“ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir
-
Dünən, 10:17
Kəmaləddin Qafarovun şirkəti cərimə edilir
-
Dünən, 10:15
Deputat hər maşından 10 manat vergi tutulsun deyir, bəlkə özləri hər ay maaşından 500 manat vergi ödəsin?
-
25-11-2024, 21:45
Şok Şok:Bərdə avtovağzal, ticarət mərkəzi və mal bazarında vergidən yayınma halları mövcuddur
-
25-11-2024, 14:52
Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
-
25-11-2024, 14:49
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı - 10 gündə bir şirkətə 3 milyonluq iki tender...
-
25-11-2024, 14:30
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? – FOTO/VİDEO
-
24-11-2024, 11:22
PENSİYALARA DAİR “HUMANİST MİNNƏT”... - Və ya “çox humanist” pensiya sistemimizdən pensiyaçılar niyə narazıdır?
-
23-11-2024, 22:33
"Dollar Cavid” haqqında yazılan məqalələr saytlardan yoxa çıxır: Tanrının, yoxsa pulun möcüzəsi?
-
23-11-2024, 12:48
"Azernuts"ı cərimə gözləyir
-
23-11-2024, 09:11
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
-
20-11-2024, 12:40
Marketin adını “Zəfər” qoyub, su soyuducularına səkidə “düzülüş” verən sahibkar - FOTO
-
20-11-2024, 11:07
NİYƏ 285 MANAT?... - Və ya bir ailənin aylıq minimum yaşam xərci nə qədərdir?
-
20-11-2024, 10:52
COP29 günlərində Bakıda “yaşıl soyqırım” - Nərimanov sakinləri icra hakimiyyətini və tikinti şirkətini ittiham edirlər
-
20-11-2024, 10:51
Məmurlar varlanır, müavinət 1 manat artırılır - Gələcəyin əsgəri üçün...
-
20-11-2024, 10:50
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu
-
19-11-2024, 20:33
Ahıl ana ölkə rəhbərliyindən kömək istəyir: “Mənim oğlumu dələduz məmurlardan qoruyun”
-
19-11-2024, 11:47
Bərdədə QOÇULUQ EDƏN KİMDİR? - GİLEY
-
15-11-2024, 15:00
"Bu binadan ev alan 100 dəfə düşünsün..." “Greenville Residence”
-
15-11-2024, 14:14
Naxçıvanda BALIQ BİZNESİ İNHİSARA ALINDI... - BU NƏDİ BELƏ?..
-
15-11-2024, 14:11
Məhkəmə “Avrora” şirkəti ilə bağlı cərimə qərarı çıxardı
-
15-11-2024, 10:03
“Şaurma N 1″ restoranının şəriki Aqil Babayevin işində DTX araşdırması!
-
11-11-2024, 12:58
Ukrayna orudusu Donetskdə hücuma başlayıb: mövqelərin bəziləri geri qaytarılıb
-
11-11-2024, 11:44
Yoldaş İsayev bununla nə demək istəyir ki?.. - SAĞ OL SƏNİ...
-
6-11-2024, 22:20
Vahid Ələkbərovun "Yelo Bank"ından Bayrağımıza laqeydlik - Görürlər, yerdən götürmürlər...
-
6-11-2024, 22:04
Tərtərdə 1 milyon 700 min manatlıq korrupsiya - 4 icra nümayəndəsinə töhmət verilib
-
6-11-2024, 21:59
"Veysəloğlu" içi qurdlu şokolad satır, müştəri PA-ya müraciət etdi
-
6-11-2024, 14:06
Tramp qələbəsini elan etdi: “Tarix yazdıq”