Əhali marketlərə axışdı - 48 saat üçün nə “tədarük” edilir?

Həftəsonu sərt karantin rejimi və küçəyə çıxmaq qadağası tətbiq olunacağı xəbəri iyunun 4-dən marketlərdə ajiotaja səbəb olub. Bir gün qabaq Nazirlər Kabineti yanında Operativ Qərargahın əhaliyə xəbərdarlığı, cümə, şənbə və bazar günləri üçün ərzaq tədarükü görməyə çağırması insanları hərəkətləndirib.
“Yeni Müsavat” üçün bir neçə marketə baş çəkib müşahidələr apararkən vətəndaşların gedişatdan xəbərdar olduqlarını, istehlakçıların mağazalara axışdığını gördük.
İnsanlar sərt karantin rejiminin ilk vaxtlarında olduğu kimi, yenə marketlərə axışaraq həftə sonuna bazarlıq etməyə başlayıblar.
Ancaq bu dəfə mənzərə fərqli idi: sərt karantin rejiminin uzunmüddətli olmayacağını və bazar ertəsi yenidən həyatın əvvəlki tempinə qayıdacağını düşünən adamlar həftəsonu üçün ən zəruri ərzaq məhsulları almağa üstünlük verirdilər. Bununla belə, marketlərdə ajiotajın iyunun 5-i axşamadək olacağı gözlənilir.
Çünki rəsmi qərara əsasən, həftəsonu fəaliyyətinə qadağa qoyulan xidmət sahələri sırasında marketlər də var.
Bu da insanların dərhal marketlərə axın etməsinə səbəb olub. Müştərilər daha çox makaron, düyü, toyuq, çay, ağartı məhsulları alırdılar. Satıcılar deyirlər ki, əsas problem çörəklə bağlı olacaq. Çünki gündəlik yeyilən və hər gün təzəsi alınan yeganə qida çörəkdir. Çörəkbişirmə sexlərinin işləməməsi və marketlərin bağlanması ciddi problem yaradacaq. Satıcılar bildirirdilər ki, marketlərdə iyunun 5-də səhər saatlarında daha çox sıxlıq, basabas müşahidə ediləcək.
Onu da deyək ki, marketlərdə əvvəlki kimi dezinfeksiyaedici məhlullara rast gəlinmir. Karantinin sərt dövründə marketlərin girişində dayanan işçilər müştərilərin əllərini spirtləyirdi, səbətlər tez-tez dezinfeksiya olunurdu, kassirlər qoruyucu maskalar taxırdılar.
Amma bir çox marketlərdə bu qabaqlayıcı tədbirlər görülmür. Eyni zamanda sosial məsafənin gözlənilmədiyini də müşahidə etdik. Marketlərə daxil olan müştərilərin əksəriyyəti maska taxmır, kassa önündə sosial məsafəni gözləmirdi. İnsanların elə bu arxayınlığının nəticəsidir ki, məcburiyyət qarşısında həftəsonu sərt karantinə qayıtmağa qərar verildi.
Xatırladaq ki, Nazirlər Kabineti “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərar verib.
Qərara əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək aşağıdakı məhdudiyyətlər tətbiq edilir.
Bütün iş, xidmət, o cümlədən ticarət sahələri üzrə fəaliyyət dayandırılır. Eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılacaq.
“Yeni Müsavat”
Tarix: 5-06-2020, 10:29
-
Dünən, 18:48
LAQEYDLİK, NİFRƏT... - “Cəmiyyətdə ciddi narazılıq mövcuddur, lakin...”
-
Dünən, 18:24
İcra başçısı vətəndaş qəbuluna süpürgəçiləri yığdırdı -Özündən AÇIQLAMA - FOTO
-
Dünən, 18:14
Abşeron Xəstəxanasında acınacaqlı vəziyyət –Yemək iyi bürüyən otaqlarda xəstə qəbul edilir
-
Dünən, 18:09
”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR - İnsan ölümü, gizli kreditlər və özbaşınalıq!
-
Dünən, 16:09
Azərbaycan əhalisinin cəmi 4,6 faizi 70 yaş həddini keçir – Pensiya sistemi və real statistika
-
Dünən, 15:58
Tərtərin hərbi komissarı işdən çıxarıldı
-
Dünən, 12:05
“Veysəloğlu MMC”nin “Dost Əllər” layihəsi çərçivəsində neyromüxtəlifliyi olan gənclər üçün masterklass keçirilib
-
Dünən, 11:27
Jurnalistin əməkhaqqı kartı bloklandı - "Bank Respublika" tənqid edildi
-
Dünən, 11:13
Gizli səs yazısı yayıldığı iddia olunan həkimdən MÜRACİƏT - "Həqiqət ekspertiza, sübut və hüquqla müəyyən olunur!"
-
Dünən, 09:20
Göyçayda məktəb binası acınacaqlı durumda – VİDEO
-
Dünən, 08:54
Nərimanov Tibb Mərkəzində bina narazılığı: TƏBİB həkimlərə cavab verdi
-
4-08-2026, 22:56
Mingəçevir Mərkəzi Xəstəxanası: isti koridorlar, soyuq islahatlar
-
4-08-2026, 22:29
Eşqi Bağırovun çətiri altında yeni HOQQABAZLIQLAR..
-
4-08-2026, 14:46
“10 ildir avtomobildən istifadə etmirəm” dedi, bahalı avtomobilləri yenidən gündəm oldu – Fotolar
-
4-08-2026, 14:44
MÜBAHİSƏLİ QƏRARIN PƏRDƏARXASI... – Deputat bir, ekspert başqa fikirdədir
-
4-08-2026, 14:37
Deputatla jurnalistin məhkəmə mübarizəsi: Qələbə ilə başa çatan iki proses – REPORTAJ
-
4-08-2026, 14:07
Mingəçevir icra başçısı şəhərə nəzarət edə bilmir - Vətəndaşlar şikayətçidir
-
4-08-2026, 14:02
Prezidentin Siyasətinə Zərbə Vuran Məmur: Sultanın Qanunsuzluq Şousuna Kim Dur Deyəcək?
-
4-08-2026, 11:03
“12 İL NATO BARƏDƏ NAĞILLAR EŞİTDİM...” - Zalujnıdan sensasiyalı açıqlamalar
-
4-08-2026, 10:58
"Dədə-baba qaydası ilə direktor təyinatı"!: FÖVQƏLMÜDİR QURBAN VERİLİR? -DE-FAKTO
-
4-08-2026, 10:08
Tuqay meşələri məhv olur: "Kürqırağı fermalar ləğv edilməlidir"
-
4-08-2026, 09:32
Peşə Təhsili Agentliyi ilə bağlı skandal: Şəxsi münasibətlərlə təyinat aparılıb? - İDDİA
-
4-08-2026, 09:27
Tanınmış aktyor ADY-dan narazı qaldı: “Yekə adamlarsız”
-
3-08-2026, 23:21
Səhiyyə Nazirliyi vakansiyalarla bağlı məlumat yaydı: İnanmayın!
-
3-08-2026, 22:46
Xaricdə pulsuz olan dövlət universitetləri Azərbaycanda niyə pulludur?
-
3-08-2026, 22:44
“Azərsun”un sığındığı professor, mənimsənilən kapital və... - “Daşlı Bulaq” suyundakı 20 min manatlıq şübhəli əməliyyat
-
3-08-2026, 22:42
İcra Hakimiyyəti “ərazi satılmayıb” dedi – Bəs gimnaziyanın stadionundakı köşklər niyə götürüldü?
-
3-08-2026, 22:39
Səhiyyə Nazirliyinin tabeliyindəki qurum “Avromed”ə 1.7 milyon ödəyəcək
-
3-08-2026, 22:36
QHT-lərə Dövlət Dəstəyi Agentliyində saxta imza niyə araşdırılmır? -Cavabsız suallar dolu sükut davam edir...
-
3-08-2026, 22:34
117 saylı bağçada "ölü canlar" şəbəkəsi -İDDİA/VİDEO