Fuadın şəhid anasını söyməkliyi və erməniylə “bratanlığı" - "Heç olmasa dədəndən utan, bala!"

 
Hərdən məətəl qalırsan. Elə adama stavka edilir, elə adam bloger sayılır, elə adam müdafiə olnur ki, adam bilmir neynəyəsən!


Xatırlayıram, bizim rayonda Ispəndiyar dayı vardı. Rəhmətlik baş verən hadisəni görüb də  söz tapmayanda, çıxılmaz qalanda, zarafata salıb deyirdi ki, bu nədi əə, adamın bannamağı gəlir…

Məqsədi, məramı, amalı bəlli olmayan bu qatmaqarışıq düşüncəli gəncin, Fuad Muradovun, Qazaxlı Alikin oğlunun, şəhid anaları filan yerdə nə ……. deməsinə elə  Ispəndiyar dayı dediyi kimi olduq…

Acığa az qalıram o vaxt Fudadın atası haqda deyilənlərə inanım. Qazaxlı Alik meyit alveri edir deyirdilər.

Amma bir də Fuadın qardaşını dinlədim. Biz ailəcə Fuaddan imtina eləmişik deyən qardaşını.

Adam anlayır ki, bu gənc ailənin pis övladıdır.  Və bizim mental dəyərlərdə, pisi ata bilməmək kimi qaydamız var. Fuadları ata bilmirik deyə,  hər addımda başımıza bəla gətirirlər. Bunu onunla bağlı ilk yazımda da qeyd eləmişdim. Yazmışdım ki, bu adam mənəvi-psixoloji travmalıdır. Silahla göstəri yapıb, adamları qorxutması o yana qalsın, adamda dəyərlər  sistemi sıradan çıxıb. Və ona elə gəlir ki, siyasi hakimiyyətə sədaqətli olmaq qarşı tərəfi söymək, təhqir eləməkdən keçir. Əslində anlamır ki, dövlətə də, hakimiyyətə də, milli dəyərlərə də ən böyük zərbələrdən birini vurur. Dəyərlər sistemini laxladanlara işləyir.

Bu qafada adamları idarə edən, ideoloji təbliğata dəstək bilənlər var bir də. deyirsən ilahi, təbliğatçısı Fuad olanın, özü hansı əqidədə, hansı zehniyyətdədir…

Dövlət və onun başçısı şəhid anasına əyilir, baş əyir, dövlət qurumlarında oturanların bir qrupu, atalara, fuadlata, trans Səbişlərə, manıslara “stavka” edir.

Belə hallarda təkcə Alikin oğlu Fuad yox, həm də ona dəstək verən siyasi komanda caza almalıdır, başqa yol yoxdur! Silahla göstəriciyə görə cəza almadı, qorudular, indi şəhid anasını  söyür. Erməni dığalar da ona bratan deyir…

Bu millətin dəyərlər sisteminə tüpürməkdir. Dövləti, siyasi hakimiyyəti dəstəkləmək deyil.

Qaldı o ki, etiraza şəhid ailələri niyə çıxır, axı onların hər şeyi var.

Fuad və himayəçiləri bilsin ki, biz vətəndaş cəmiyyəti qurmalıyıq. O cəmiyyətdə haqlı, haqsız hər kəs söz deməlidir. Siz də onu dinləməlisiniz. Sizə səlahiyyəti söy, söydür deyə verməyiblər. Dinlə, nəticə çıxar, məruzə elə, qərarı düzgün izah et və çıxış yolu göstər deyə verilib. Və bizə, millət olmaq üçün, özünü ifadə edən vətəndaş lazım, söyülərək alçaldılan, şəxsiyyəti sındırılan, ələ salınan yox.

Kim  ki, Fuad kimi bloger və gəncləri başına cəm edib, buna qarşıdır, millətin dəyərlər sistemini laxladır, ailəsi tərəfindən atıldığı kimi,  cəmiyyət və bu dəfə dövlət baba tərəfindən də cəzalandırılmalıdır. Hələ lap içəri atılmalıdır. Həm də ibrəti aləm olsun deyə, edilməlidir bu.

Şəhid ona görə can verməyib ki, dədəsinin şotuna böyümüş biri, sonra ailəsi tərəfindən atılan biri, onun anasını beşmərtəbəli söysün. Şəhid anası şəhiddən də ucadir. Həm ana, həm də qəhrəman oğul doğurduğu üçün. Bunları anlamırsansa, get dədənə bax! Heç olmasa dədəndən utan bala!..
 
Jalə Mütəllimova
Tarix: 3-06-2020, 17:59
Xəbəri paylaş



Xəbər lenti