“Gündəm Media Group”un rəhbəri Təbriz Məhərrəmoğlu 28-May Respublika günü münasibəti ilə Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) “Xüsusi xidmətlərə görə” ordeni ilə təltif edilib.
Bu barədə Ukrayna Qarapapaq Türkləri Milli Şurasının informasiya departamentindən mətbuata açıqlama verilib.
Təbriz Məhərrəmoğlunun ” Xüsusi xidmətlərə görə” ordeni ilə təltif edilməsi barədə əmri UQTMŞ Sədri Daşqın Gülməmmədov imzalayıb.
Təltif haqqında əmrdə qeyd edilir ki, Təbriz Məhərrəmoğlu, 28 May Respublika günü münasibəti ilə Ukrayna Qarapapaq Türkləri Milli Şurasının “Xüsusi xidmətlərə görə” ordeni ilə təltif edilir.
Qeyd edək ki, UQTMŞ “Xüsusi xidmətlərə görə” ordeni 8 aprel 2018-ci ildə Ukrayna Qarapapaq Türkləri Milli Şurası Rəyasət Heyətinin qərarı ilə təsis olunub və ordenin Statusu təsdiq edilib. Bu günə qədər bu ordenlə 23 nəfər təltif edilib.
Statusuna görə “Xüsusi xidmətlərə görə” ordeni, UQTMŞ-nın “Tenqri Ulduzu” ordenindən sonra ən yüksək təltifdir. UQTMŞ “Ordenləri haqqında” Əsasnaməyə və “Xüsusi xidmətlərə görə” ordeninin Statutuna uyğun olaraq bu təltifi alan şəxs “Xüsusi xidmətlərə görə” ordeninin Kavaleri adını daşıyır.
Siam.az