Beyləqanın petrol kralı vergi müfəttişinə şər atır, yoxsa...


bitmap-img6




Beyləqanda “Lukoil”, “Oskar” və “Amil” yanacaq doldurma məntəqələrinin sahibi hacı İlqar sözünün arxasından niyə qaçdı?

Vergilər Nazirliyi (Hazırda İqtisadiyyat Nazirliyinin Vergi Xidməti) bəlkə də yeganə dövlət orqanıdır ki, öz sahəsində qanunvericiliyin tələblərinin pozulması hallarda məlumatları ictimailəşdirən və belə neqativ hallar barədə rəsmi məktubla xəbər verən kütləvi informasiya vasitələrinin nümayəndələrinə göstərdikləri vətəndaşlıq mövqeyinə görə təşəkkür elan edir. Dəxli yoxdur, həmin məlumat vergi ödəyicisi barədə olsun, yaxud, vergi müfəttişləri barədə.

Adının çəkilməsini istəməyən bir sahibkarın 8 saylı Ərazi Vergilər İdarəsinin rəisi Zaur Adilovun və onun müavini Arif Nağıyevin qanunsuz olaraq ondan haqq tələb etməsi barədə şikayətini dərc etmişdik.  Sahibkar bildirmişdi ki, adları çəkilən vəzifəli şəxslər onların qanunsuz tələblərinə boyun əymədiyi üçün onun obyektlərində qanunsuz yoxlama apartdırırlar. Hətta qeyd edirdi ki, adları çəkilən vəzifəli şəxslərin qanunsuz əməllərindən prezident İlham Əliyevə və nazir Mikayıl Cabbarova müraciət də ünvanlayıb. İstəyi nazirlə görüşməkdir. Özü də Zaur Adilovla birlikdə.

Məsələni saytımızda ictimailəşdirdikdən sonra Nazirlik tərəfindən araşdırmalar aparılıb. Sahibkarla telefon əlaqəsi saxlanılıb. Təssüflər olsun ki, həmin şəxs ondan haqq tələb istənilmədiyini bildirib.

Belə bir dönüklük bizi vadar edir ki, həmin sahibkarın adını açıqlayaq. Onunla tanış olun – Hacı İlqar İmamverdi oğlu Məmmədov. Beyləqanda “Lukoil”, “Oskar” və “Amil” yanacaq doldurma məntəqələrinin sahibi. Maraqlıdır ki, əgər Hacı İlqar Nazirliyə belə bir izahat verəcəkdirsə, bəs onda redaksiyamıza ondan haqq tələb olunduğunu israrla bildirərək ictimailəşdirilməsini niyə xahiş etmişdir? Olmaya Hacı fikirləşirmiş ki, bu yolla vergi orqanı əməkdaşlarını şantaj edərək istəyinə nail ola bilər? Bir hacı ki, belə fırıldağa əl atırsa, vergi orqanı vəzifəlilərini şantaj edib istəyinə nail ola biləcəyini düşünürsə, digər sahibkarları niyə qınayaq ki?!

Qoy Hacı İlqar getdiyi Məkkəyə, biz də qələmimizə and içək. Uca Allah yalançıya qənim olsun. (realmedia.az)   
https://azfakt.com/beyleqan_n_petrol_kral__vergi_m_fetti_ine__er_at_r__yoxsa___-89115-xeber.html
Tarix: 26-05-2020, 22:49
Xəbəri paylaş



Xəbər lenti