Hacı İbrahimə 1,5 milyon "atan" baş mühasibi hakim qarşısında - Afrikada gizlənirmiş


 

Hacı İbrahim Nehrəmliyə qarşı dələduzluq etməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb. O, beynəlxalq axtarışa verildikdən sonra həbs edilib.

Musavat.com xəbər verir ki, külli miqdarda dələduzluqda ittiham edilən Vaqif Bağırov Nəsimi Rayon Məhkəməsində hakim qarşısına çıxarılıb. İstintaq orqanının təqdimatına əsasən V.Bağırov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 ay artırılıb.

Məlum olub ki, V.Bağırova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.


1970-ci ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunda anadan olan Vaqif Bağırov İnterpol xətti ilə axtarışa verilib.

V.Bağırov Hacı İbrahim Nehrəmlinin sahibi olduğu "Avesta" konsernində baş mühasibi olub.

Hacı İbrahim bununla bağlı bildirib ki, İnterpol xətti ilə axtarışa verilən V. Bağırov ona məxsus "Avesta" konsernində uzun müddət baş mühasib işləyib. Daha sonra ona qarşı dələduzluq edərək küllü miqdarda pulunu mənimsəyərək qaçıb.

İş adamı deyirdi ki, V.Bağırov ondan qaytaracağını deyərək notarius yolu ilə məndən 1,5 milyon manat pul alıb.

H.İbrahim Vaqif Bağırovun Afrikada olduğunu deyirdi.


Tarix: 23-05-2020, 23:43
Xəbəri paylaş



Xəbər lenti