Ramazan ayında oruc tutanlar üçün 7 hədiyyə...





Ramazan ayı – Allahın bəndələrinə əta etdiyi ən dəyərli hədiyyələrdən biridir. Bu, elə aydır ki, ildə bir dəfə insanlara rəhmət kölgəsi salar və bağışlanma yağışını hər kəsə yağdırar. “Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi sizə (də) oruc yazıldı və qərara alındı, (ki,) bəlkə (ruhunuz qüvvətlənsin və nəfsi istəklərdən) çəkinəsiniz”. (“Bəqərə” 183).

 
Ramazan ayı – dua və Allahla münacat ayıdır.

Ramazan ayı – məscid və gecə oyaq qalmaq ayıdır.

Ramazan ayı – iftar süfrələri və Rəbbani səslərin eşidildiyi aydır.

Ramazan ayı – özünü tərbiyə etmək və təqva ayıdır.

Həmçinin bu ay – Quran oxumaq, tövbə etmək, sədəqə vermək, acları doyuzdurmaq ayıdır. (Tebyan)

 

Bir gün bir yəhudi Həzrət Peyğəmbərin (s) yanına gəlir və Həzrətə (s) bir neçə sual verir. Sualları bitəndən sonra soruşur ki, oruc niyə vacib buyurulmuşdur? Həmçinin oruc tutanın savabı nədir?

Həzrət (s) buyurur: “Hər kim Ramazan ayını Allah Təalaya görə oruc tutarsa, Allah da 7 sifəti ona vacib edər:

1. Haramı bədənindən əridər.

2. Onu Öz rəhmətinə yaxın edər.

3. Atası Həzrət Adəmin (ə) xatasını örtər.

4. Can verməyi onun üçün asan edər.

5. Onu Qiyamət gününün aclıq və susuzluğundan amanda saxlayar.

6. Atəşdən bəraəti ona əta edər.

7. Ona behişt təyyibələrindən yedizdirər”.


Allah Təala bu mübarək ayda bizə də bu yeddi hədiyyəni nəsib etsin!

 
/Deyerler.org/
Tarix: 23-05-2020, 09:37
Xəbəri paylaş



Xəbər lenti