Yayda xaricə gedənlər qayıdandan sonra karantində saxlanılacaq — ŞOK

 
TƏBİB rəsmisi Azərbaycanın xarici ölkələrlə sərhədlərini açması və vətəndaşlara turistik səfərlərə icazə verilməsi məsələsinə aydınlıq gətirib.

Miq.Az-ın xəbərinə görə, TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev İctimai Televiziyada çıxışı zamanı bildirib ki, Azərbaycanda iyun ayından etibarən bu məsələlər müzakirə mövzusuna çevriləcək: "Ancaq vətəndaşların gedəcəyi ölkədə pandemiyanın vəziyyəti nəzərə alınacaq. Məsələn, İtaliya turistik ölkədir, iqtisadiyyatı tam turizm üzərində qurulub. Bu baxımdan İtaliya iqtisadiyyatı bərpa etmək məqsədi ilə turizmi açmaq niyyətindədir.

Ancaq Azərbaycanda turizmin açılması ölkə iqtisadiyyatını dirçəltməklə yanaşı, insanların sağlamlığını təhlükə altına qoyur. Azərbaycan vətəndaşlarının gedəcəyi ölkədəki pandemiyanın vəziyyətindən asılı olaraq müzakirə aparılıb qərar veriləcək. Lakin hər hansı bir ölkəyə gedən vətəndaşlarımız qayıtdıqdan sonra karantində saxlanılmalıdır. Bu baxımdan turistik səfərin həmin vətəndaşın işinə hansı formada yarayacağı da başqa bir məsələdir”.(qafqazinfo.az)
Tarix: 20-05-2020, 13:35
Xəbəri paylaş



Xəbər lenti