Milli Məclisdən gələn həbs qoxusu


 

“Qızıl üçlük” arasında qalmaqal: “mandatı məhrum” olunmuş Çinqiz, “mandatını qirov qoymuş” Rəfayel və “özünü buraxmış” Oqtay
Yaxınlarda Milli Məclisin yeni formalaşmış aparatı işə başlayacaq. Hələ Mahmudovçular qalıb, lakin böyük təmizləmə gedir. Parlamentin yeni mövsümdə kimlərlə, necə fəaliyyətə başlayacağını artıq bilirik. Köhnə aparat həqiqətən çox köhnəlib. Elə köhnəlib ki, illərdir yel dəyirmanı kimi yerində dönüb durur. Əslində, ona bir mexanizm kimi baxılsa, vintlərinin boşaldığını, çarxının əyildiyini, dişlərinin korşaldığını açıq-aydın görmək olar. Kimsəyə sirr deyil ki, MM-nin hərəkətverici mexanizmi olan bu aparatın istismar müddəti çoxdan bitib və onu mütləq yenisi ilə əvəzləmək lazımdır. Qısası, parlament aparatı hər gün işıq sürəti ilə dəyişən dünyanın tələblərinə cavab vermirdi. Nəinki cavab vermirdi, keyfiyyətsiz işi ilə ölkənin irəli doğru inkişafına da mane olurdu. Məgər bu yarıtmazlığı və geridəqalmışlığı özünüz MM-nin işində hiss etmirsiniz? Məgər ölkənin qanunverici orqanı olan parlamentin baş ofisində oturanların hansı mənasız işlərlə məşğul olduqlarını bilmirsiniz? Ümumiyyətlə, bu aparat nə iş görürdü, ordakı adamların gündəlik fəaliyyət planına nələr daxildir? Doğrudanmı, bu adamlar işlərinin gündəlik o binaya gəlib-getməklə, ayın sonunda maaş cədvəlinə qol çəkməklə yekunlaşdığını düşünürlər? Deyəsən elə belə də düşünürlər. Dəfələrlə yazmışıq, MM-nin mətbəxindən sızan söz-söhbətlərdə bunu sübuta yetirir. Sahibə Qafarovanın əsas rolu odur ki, o Parlamentin imijini düzəltsin. Və demək lazımdır ki, o bunun üçün çalışır, məsələn, Parlamentə dəvət olunmuş Şuşalı qızı hamımız gördük. Lakin Rafael Cəbrailov kimi keçmiş deputatla nə etmək olar? Adam deputat mandatını qirov qoyub. Artıq heç kəsə sirr deyil, lakin bəlli oldu ki, mandatını qirov qoymuş deputat “özünü buraxmış” keçmiş spikerə bir neçə milyon rüşvət vermişdir ki, keçmiş spiker ona “daydaylıq” eləsin.

Bizim MM-nin siyasi mətbəxinə yaxşı bələd olan şəxslər danışır. Bunlar siyasi mətbəxə bələd olmaqla bərabər, o qurumların koridorlarında dolaşan adamlardır. MM koridorlarının dedi-qodu dəhlizinə çevrildiyini, aparat rəhbərliyinin də parlament komandası kimi illərdir qeybət xoru statusunda fəaliyyət göstərdiyini də onlar deyir. Bəli, bu qanunverici orqanı təmsil edən həmin komandanın üzvləri gündəlik iş-güclərini buraxıb parlamentin çayxanasında birinci ailəni müzakirə edirlər. Eləcə də deputatlar arasında baş verən intriqalar, qruplaşmalar, hansı deputatın kimin göz-qulağı olduğu, hansı nazirin kimin arxasında dayandığı və daha nələr, nələr. Bu mətbəxin içindən olan biri deyir ki, o çayxanada 10 gün oturub “Oskar”lıq mafiya filminin ssenarisini yazmaq olar. Dövlətin başında oturan adamlar çay masasında parlamentdəki vəzifələrin qiymətlərini müzakirə edirdilər.  Nazirləri söyürlər, təhlükəsizlik orqanlarının əcaib əməllərindən danışırlar, gizli qapılar arxasında cızılan planları müzakirə edib, Eldar Mahmudova rəhmət oxuyurlar. Təsəvvür edirsiniz, belə bir ölkədə yaşayırıq və bütün bu deyilənlər bir ölkənin parlament aparatında baş verir. Həm də uydurmasız, şişirtməsiz olaraq baş verir…

“Özünü buraxmış” Əsədovun işə gəlməməyin səbəbləri. Sirrlər açılır.


Sual yaranır, axı bu adam hara gəlsin? Öz imzası ilə buraxdığı Məclisə? Əsədov nominal olaraq hələ ki, deputatdır. Lakin, belə gedişatla, bu qədər qalmaqalla Abşeron saylı 45-ci dairədə seçki bir daha keçirilə bilər. Komandası isə demək olar ki, tam şəkildə vuruldu. Məsələn, “qeneral” rütbəsini verdiyi məşhur sevgilisi işdən azad olunub (O.Əsədovun katibəsi dövlət qulluğunun 2-ci dərəcəli dövlət müşaviri idi), Əsədovun qohumu məşhur mühafizə rəisi Rəşad XDMX-nin rəhbərliyi tərəfindən işdən azad olunub (mügənni Günayla dostluqla tanınan), yaxın dostu isə Rəşid İbrahimov da azad olunub, hətta Əsədovun “divan” boyda imperator kreslosunu da yeni rəhbərlik tullayıb. S.Qafarovaya loyal kadrlar isə aparata dəvət olunur. Maraqlısı odur ki, aparatda çox adam yeni rəhbərliklə əməkdaşlıq etməyə başlayıb, hətta Əsədovun bəzi qohumları da keçmiş spikerə qarşı çıxdılar. Köhnə aparatdan qalanlar isə, Əsədovun bütün hoqqaları barədə yeni rəhbərliyə mərüzə edirlər. Əsədov-Mahmudov komandasının bəzi elementləri qalsa da, lakin onlar da bütün məlumatları otürəndən sonra təmizlənəcək. Tarixdə birinci dəfə, Parlament və aparatı rəsmən buraxılıb və yeni komandanın formalaşmasına başlanıb. Hətta, aparatda yeni qeyri-rəsmi qaydalar təqdim olundu, məsələn bahalı maşınlarla işə gəlmək olmaz, xaricdə mük almaq olmaz və s. Özünü buraxmış Əsədovun vaxtında belə neqativ hallar normal adət-ənənətə çevrilmişdir. Əsədov yarım milyonluq “Mercedes-Maybach” ilə işə gəlirdi, qohumları isə xaricdə at oynadirdılar. Buna görə, indi hətta “Azərsu” rəhbəri Q.Hüseynov də audit olunacaq. Parlamentin aparat rəhbərinin sözlərinə görə, yeni komanda işə başlayana qədər köhnə heyət işə davam edəcək. Qeyd olunmalıdır ki, S.Mirzəyev təmizlənmə işinə qoşulub və yeni rəhbərliyə O.Əsədovun adamlarını vurmaqa kömək edir. S.Mirzəyevin xəbəri olmayıb ki, Mahmudov Əsədovun əli ilə parlamentin aparatının işçiləri və deputatları haqda texniki üsullarla kompramat yığırdı.
Obrazlı şəkildə desək, ölkə ilə bərabər aparat da “karantin” günlərini yaşayır. Yuxarıdakıların MM aparatı ilə bağlı plan bəllidir, Məclis “mahmudovçulardan” təmizlənməlidir. “Karantin”də köhnə komanda üzvlərinin “sağlamlıq” məsələsi yoxlanıb onların arasından seçim aparılacaq və aparatın yeni simalarla tam heyətdə təzələnəcək. İstənilən halda böyük çoxluq qanunverici orqanın baş qərargahına yeni üzlərin gəlməsini arzulayır. Çünki parlamentin aparatı sözün həqiqi mənasında qərargah – qərarların qəbul olunduğu yer olmalıdır. Dedi-qodu, çayxana, qeybət, romans, müğənni-katibə məkanı yox. MM aparatı ölkənin taleyüklü məsələlərinin ağırlığını çiynində daşıyan siyasi sütun rolunu oynamalıdır. Aparatın bu statusunu, bu missiyasını, bu rolunu özünə qaytarmağın zamanı yetişib. Bu orqanı təsadüfi adamlardan alıb, nüfuzlu peşəkarların ixtiyarına vermək üçün yaxşı bir fürsətdir. Baxaq, hökumət bu fürsətdən layiqincə yararlana biləcəkmi?


Qızıl üçlük arasında qalmaqal: “mandatı məhrum” olunmuş Çinqiz, “mandatını qirov qoymuş” Rəfayel və “özünü buraxmış” Oqtay.

Mandatını qirov qoymuş Rafael Cəbrayılovdan yeni Baş prokuror Kamran Əliyevə şikayət edildi. Rafael Cəbrayılovun borclu olduğu şəxslər artıq keçmiş deputatla bağlı qəti tədbirlər görülməsi üçün yaxın günlərdə hərəkətə keçməyi planlaşdırırlar. Beləliklə, bu adamlara Rafael Cəbrayılovun bir neçə milyon borcu var. Bildirilir ki, borclular dəfələrlə keçmiş deputatdan pullarını tələb etsələr də, hər dəfə şirin vədlərlə aldadılıblar. Rəfail Cəbrailovun ətrafı isə deyir ki, o bütün pullarını keçmiş spiker Oqtay Əsədova verib.

Borclular məsələ ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət ediblər. Müraciətdən sonra Rafael Cəbrayılov idarəyə çağırılıb. Prokurorluqdan isə şikayətçilərə məsələnin hərtərəfli araşdırılacağı və müvafiq tədbirlər görüləcəyi bildirilsə də, koronavirus məsələni arxa plana keçirib. Xatırladaq ki, Rafael Cəbrayılov ayrı-ayrı vətəndaşlardan külli miqdarda borc alıb. Borcu vaxtında qaytaracağına zəmanət olaraq, o, deputat vəsiqəsini girov qoyub. Vədinə əməl etmədiyinə görə onun borclu olduğu şəxslər məsələni ictimailəşdiriblər. Bu, ictimai rezonansa səbəb olub və Rafael Cəbrayılov deputat mandatından imtina etmək məcburiyyətində qalıb.
Bununla parallel olaraq diqər konflikt baş verir. Üç keçmiş deputat arasında böyük intriqa yaşanır. Parlamentdə və ictimaiyyət arasında bu intriqa ciddi müzakirə predmetinə çevrilib. Belə ki, mandatı məhrum olunmuş deputat Ç. Əsədullayevin (“AG Bank” ASC) iddiasına əsasən, mandatını qirov qoymuş R.Cəbrayılovun müxtəlif kredit müqavilələri üzrə iddiaçıya bir neçə milyon ödəməsi barədə qətnamə çıxarıb.

Qətnamədə, həmçinin, Binəqədi Gənclər Şəhərciyindəki binalarda yerləşən mənzillərin satılaraq “AGBank” ASC-nin (keçmiş deputat Ç.Əsədullayevə) hesabına ödənilməsi qeyd edilib. Prosesi bu biabırçılıqa gətirib çıxaran spiker Əsədov idi. Onun işə qeyri-ciddi yanaşmasına görə bank neçə ildir ki, R.Cəbrailovdan borcu ala bilmirdi, sonra isə gec oldu. Milli Məclisin aparatında müzakirələr gedir ki, “mahmudovçular” bir-birinə arxayın olub, qanunsuz əməllərlə məşğul idi ona görə ki, AGbankin biznesi Parlamentdə baş verməməli idi. Belə ki, “mahmudovçuların” sahlankarlığına görə Mahmudova loyal “AGbank”ı tam şəkildə müflis oldu.

azadliq.info
Tarix: 17-05-2020, 09:40
Xəbəri paylaş



Xəbər lenti