Ramazanda fitrə zəkatı necə çıxarılmalıdır?

 

"Ramazan ayında adambaşına Fitrə zəkatı kimi iki kiloqram buğda, arpa, düyü kişmiş və s. ərzaqların dəyəri qədər məbləğ ayırılmalıdır".

Bunu “Report”a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli deyib.

Onun sözlərinə görə, məbləğ bazar qiymətləri ilə tənzimlənir:

“Amma QMİ bu məbləği şərti olaraq 10-15 manat müəyyən edib. Bu məbləğ az və ya çox da ola bilər. İnsanların imkanına baxır. Bu məbləğ ailədəki şəxlərin hər biri üçün ayrı çıxarılmalıdır. Fitrə zəkatını bayram namazına kimi hər bir insan özü ehtiyacı olan və yoxsullara çatdırmalıdır”.

Qeyd edək ki, QMİ-nin fətvasına əsasən, Ramazan bayramı Şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may ayının 24-nə təsadüf edəcək.

Tarix: 16-05-2020, 23:53
Xəbəri paylaş



Xəbər lenti